Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda Fransanın Monpelye Universitetinin alimlərinin iştirakı ilə seminar keçirilib.
Seminarda bu elm müəssisəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Rasim Cabbarov tədbir iştirakçılarına qonaqlar haqqında məlumat verib. Qeyd edib ki, AMEA ilə Monpelye Universiteti arasında əməkdaşlıq haqqında müqavilə mövcuddur. Müqaviləyə əsasən, qarşılıqlı kadr mübadiləsi aparılır. Seminar çərçivəsində Monpelye Universitetinin alimlərinin Francois Henn və Adrien Noury öz ali məktəblərində aparılan elmi tədqiqatlar haqqında tədbir iştirakçılarına məlumat verəcəklər. Monpelye Universitetində fəlsəfə doktorluğu üzrə təhsil almaq üçün müraciət edən namizədlər arasında fransalı alimlərin iştirakı ilə seçimlər aparılacaq.
Seminarda Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov AMEA ilə yanaşı, Bakı Dövlət Universiteti və digər təhsil müəssisələri ilə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsini təklif edib. Elm və təhsilin inteqrasiyasının vacib olduğunu qeyd edən akademik deyib ki, əsas məqsəd gəncləri elmə cəlb etməklə, onların xarici ölkələrdə elmi bilik və təcrübələrini artırmaqdır.
Daha sonra Monpelye Universitetinin alimlərinin məruzələri dinlənilib.
Seminardan sonra qonaqlar Fizika İnstitutunun innovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə tanış olublar. Onlara burada aparılan tədqiqat işləri haqqında məlumat verilib.
Tehsil-press.az