Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru və Azərbaycan Fintex Assosiasiyasının birgə təşkilatçılığı ilə BDU tələbələri üçün infosessiya keçirilib.
BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov müasir dövrdə cəmiyyət həyatının bütün sahələrində rəqəmsallaşmanın geniş tətbiq olunduğunu vurğulayıb. Ölkəmizdə rəqəmsal transformasiyanın uğurla reallaşmaqda olduğunu söyləyən İlkin Şərifov tələbələrin yeni dövrün tələblərinə uyğun rəqəmsal bilik və bacarıqlar əldə etməsi baxımından infosessiyanın əhəmiyyətindən söhbət açıb.
Azərbaycan Fintex Assosiasiyasının əməkdaşları qeyd ediblər ki, fintex maliyyə xidmətlərinin göstərilməsində ənənəvi maliyyə metodları ilə rəqabət aparmağı hədəfləyən texnologiya və innovasiyadır. Başqa sözlə, fintexlər maliyyə xidmətlərini təkmilləşdirmək üçün texnologiya və innovasiyaları tətbiq edən startaplardır. Fintexlərin məqsədi prosesləri sadələşdirmək, şəffaflığı artırmaq, xərcləri azaltmaq, həm biznes, həm də istehlakçılar üçün təkmilləşdirilmiş istifadəçi təcrübəsi təklif etməkdir.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Tehsil-press.az