BDU-da bilik sessiyası - tələbələrə uğurlu CV hazırlanması üsulları izah edilib

BDU-da bilik sessiyası - tələbələrə uğurlu CV hazırlanması üsulları izah edilib Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru və Azərbaycan Beynəlxalq Bankının (ABB) birgə təşkilatçılığı ilə tələbələr üçün növbəti dəfə bilik sessiyası keçirilib.
BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov iştirakçıları sektorun fəaliyyəti ilə tanış edərək, tələbələrin əmək bazarı ilə tanışlığının prioritet istiqamət olduğunu bildirib.
İlk sessiya ABB-nin İnsan resurslarının idarə edilməsi departamentinin əməkdaşı, biznes tərəfdaşı Aytən Səfərli tərəfindən “Uğurlu CV hazırlamaq və müsahibəyə hazırlıq” mövzusunda keçirib. Təlimdə tələbələrə uğurlu CV hazırlanması üsulları izah edilib, bu sahədə ən çox yol verilən nöqsanlar və onların aradan qaldırılması yolları haqqında məlumatlandırma aparılıb. Sonra A.Səfərli müsahibəyə hazırlaşmanın metodları ilə tələbələri tanış edib. Bildirilib ki, müsahibə zamanı bütün bilik və bacarıqların maksimum dərəcədə ifadəsi vacibdir.
Növbəti sessiya ABB-nin “Agile” ofisinin rəhbəri Həsən Eminov tərəfindən “Agile yanaşma” mövzusunda keçirilib. H.Eminov “agile” idarəetməsinin mahiyyəti, onun müsbət cəhətləri haqqında ətraflı məlumat verərək, onun ənənəvi idarəetmə ilə oxşar və fərqli cəhətlərini izah edib.
Sessiyaların gedişində iştirakçıların mövzu ətrafında çoxsaylı sualları cavablandırılıb, tələbələr üçün yarışmalar keçirilib.
Sonda BDU tələbələrinin əmək bazarına adaptasiyasını yaxşılaşdırmaq məqsədilə ABB tərəfindən təcrübə mübadiləsi sessiyalarının keçirilməsi, təcrübə proqramlarının təşkili məsələləri müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər