Pandemiya bank xidmətlərinin rəqəmsal sistemə transformasiyasını sürətləndirib.
Bu fikri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Müasir dövrdə rəqəmsal bank məhsulları bazarının inkişafı” mövzusunda keçirilən elmi seminarda Maliyyə və audit kafedrasının müdiri professor Əvəz Ələkbərov bildirib.
Professor Ə.Ələkbərov bank sektorunun tamamilə rəqəmsallaşmasının, innovativ maliyyə xidmətlərinin təqdim olunmasının əhəmiyyətindən bəhs edib.
Sonra kafedranın professoru Elnur Sadıqov rəqəmsal bankçılıq, onun üstünlükləri, bankların müasir texnoloji maliyyə vasitələrinə əlçatanlığının artırılması və bazara yeni rəqəmsal məhsulların təqdim edilməsi istiqamətindəki fəaliyyətindən danışıb. E.Sadıqov bu sahədə mövcud olan problemləri və onun həlli yollarını da açıqlayıb.
Sonda suallar cavablandırılıb.
Tehsil-press.az