“Biz niyə daxili dövlət borcundan danışmırıq? Bu istiqamətdə kifayət qədər problemlər var. Vaxt var idi, daxili borclanma 4 milyard manat idi. İndi 15 milyarda yaxınlaşıb”.
Bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Daxili dövlət borcunun bu qədər yüksək olması problemlərə gətirib çıxaracaq. Bundan əlavə, ticarətə baxanda görürük ki, idxal ilbəil artır. Əgər qeyri-neft sektorunun inkişafından danışırıqsa, gəlin idxalı azaldaq. Niyə idxalı azalda bilmirik? İdxalla birgə ölkəyə inflyasiya və sairə gəlir. İdxalın strukturu ilə ciddi məşğul olmalıyıq”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, nə satınalmalar, nə də tenderlərdə şəffaflıq var: “Qanun da qəbul etmişik, amma boş şeydir. Bir əhəmiyyəti yoxdur”.
Tehsil-press.az