“İnflyasiya vətəndaşların gəlirlərini azaldan faktordur”

“İnflyasiya vətəndaşların gəlirlərini azaldan faktordur” “Bütün dünyada olduğu kimi Azərbaycanda da inflyasiya sürətlə artır”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
O qeyd edib ki, inflyasiya hər bir vətəndaşın gəlirlərini azaldan faktordur: “Hökumət maraqlıdır ki, inflyasiyanın həddi azalsın. Yüksək inflyasiya əhalinin alıcılıq qabiliyyətinin və real gəlirlərinin azaldılmasını şərtləndirən amildir. 
Hazırda dünya bazarlarında neft-qaz qiymətləri ilə bağlı münbit şərait var. Neft-qaz satışından əldə olunan gəlirlər daha çox xərclərin qarşılanmasına yönəlir. Ona görə də biz xərclərin daha da artırılmasına ehtiyatlı yanaşmalıyıq”. 

Tehsil-press.az

Oxşar xəbərlər