Daha 4 Avropa ölkəsi Fələstini tanımağa hazırlaşır

Daha 4 Avropa ölkəsi Fələstini tanımağa hazırlaşır Yaxın gələcəkdə daha bir neçə Avropa İttifaqı (Aİ) ölkəsi Fələstini müstəqil dövlət kimi tanıyacaq.

Bu barədə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl məlumat verib.

“Sloveniya, Lüksemburq, Belçika və Portuqaliyanın Fələstini müstəqil dövlət kimi tanımasını səbirsizliklə gözləyirik”, - fələtinli diplomat qeyd edib.

O qeyd edib ki, Avropa İttifaqı ölkələri dünyada nələrinsə lazım olduğu kimi getmədiyini anlamağa başlayıblar.

Qeyd edək ki, bundan öncə üç Avropa ölkəsi olan İspaniya, İrlandiya və Norveç Fələstini müstəqil dövlət kimi tanıyıb.

Tehsil-press.az

Oxşar xəbərlər