Aİ ukraynalılar üçün pulsuz rouminqi uzadıb

Aİ ukraynalılar üçün pulsuz rouminqi uzadıb Avropa İttifaqı (Aİ) ukraynalılar üçün pulsuz rouminq müddətini daha bir il uzadıb.
Müvafiq razılıq Avropa Komissiyasının yardımı ilə yeddi Ukrayna və 22 Avropa mobil operatoru arasında əldə olunub.
Elektron rabitə üzrə Avropa tənzimləyiciləri orqanı sazişin effektivliyini qeyd edib, çünki bu, transsərhəd zənglər üçün sərfəli xidmətlərin göstərilməsinə imkan verir.
Bundan əlavə, Avropa Komissiyası Ukraynanın Aİ-nin rouminq zonasına inteqrasiyasına hazırlaşır ki, bu da daha stabil və uzunmüddətli həlli təmin edəcək.
Xatırladaq ki, aprel ayında Avropa İttifaqı Şurası Ukraynanın Aİ-nin azad rouminq zonasına daxil olmasını dəstəkləmişdi. Bu, ukraynalılara Avropa ölkələrində rouminq üçün daha az pul ödəməyə imkan verəcək.

Tehsil-press.az


Oxşar xəbərlər