"Maaşım az olduğu üçün getdim - Mənim kimi işçidən niyə razı qalmasın?"

«Mən oradan sırf maddiyata görə ayrılmışam».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin sabiq məşqçisi Rakif Əliyev deyib.

Cari ilin əvvəlində «Qarabağ»ın U-15 komandasını əyalət təmsilçisinə dəyişən gənc mütəxəssis buradan gedib.

Arxada qalan 5 ayda Elmar Baxşıyev və Kaxaber Sxadadzenin korpusunda yer alan analitika üzrə yardımçı qərarının səbəbinin maliyyə ilə əlaqəli olduğunu bildirib:

«Baş məşqçinin mənimlə işləməkdən imtina etməsi barədə yayılan xəbərlər yalandır. Gördüyüm işin qarşılığında əməkhaqqım az idi.

Kaxaber Sxadadzenin ən razı qaldığı adam mən idim. Onun işlərinin, demək olar ki, 90 faizini mən edirdim.

Tehsil-press.az

Oxşar xəbərlər