FFF Prezidenti Zindandan üzr istədi - “Belə müsahibə verməməli idim”

FFF Prezidenti Zindandan üzr istədi - “Belə müsahibə verməməli idim” “Bu sözlər nə mənim fikirlərimi əks etdirir, nə də futbolçu və məşqçi kimi Zidana olan münasibətimi dəyişir. Buna görə üzr istəyirəm. Belə müsahibə verməməli idim”.
Bunu Fransa Futbol Federasiyasının Prezidenti Noel Le Qrey deyib.
O, müsahibəsində bu sözləri deyərək millinin keçmiş üzvü Zinəddin Zidandan üzr istəyib:
“Mən Fransa futbolunun iki nəhəngi olan Didye Deşamla Zinəddin Zidanı qarşı-qarşıya qoydum. Lakin Zidan mənim ona, eləcə də bütün fransızlara nə qədər hörmət bəslədiyimi bilir”.
Qeyd edək ki, FFF-nin rəhbəri açıqlamasında Zidanın millinin baş məşqçisi postuna namizəd olmadığını bildirmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər