On birinci siniflər üçün keçirilən qəbul imtahanının (buraxılış) birinci mərhələsində maksimum balı toplayan şagirdlərdən biri Lənkəran şəhər 10 saylı tam orta məktəbin ötən ilki məzunu Mirənvər İsmayılzadədir.
Ötən il, 17 yaşında 652 balla Tibb Universitetinin "Müalicə işi" fakültəsinə daxil olsa da, daha sonra universiteti yarıda saxlayaraq yenidən hazırlaşmağa qərar verib:
“Əslində, qəbul olana qədər hər şey yaxşı idi. Amma gedib dərslərlə tanış olduqdan sonra anladım ki, həvəsim yoxdur. Dərslərə bir həftə getdim, daha sonra istəmədim. Hazırlığa getmişdim. Hər iki valideynim ingilis dili məllimidir, onların da köməyi olmuşdu. Universitetdən çıxanda qohumlarım müəyyən qədər etiraz etdilər. Amma özümə məqsəd qoymuşdum, maksimal bal yığmalı idim ki, özümü sübut edim. Bu il birinci qrupa hazırlaşıram. Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmaq istəyirəm. Bu il demək olar özüm hazırlaşmışam. Hazırlıqlara ilin əvvəlində getdim ilin ikinci yarısında isə heç birinə getmədim. Növbəti imtahanda ən azı 390 baldandan yuxarı toplamaq istəyirəm ki, ümumi nəticə 690-dan yüksək olsun”.
Tehsil-press.az