11 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib. Tədbirdə Poliefir- və polikarbonat materiallar lаbоrаtоriyаsının elmi işçisi Səidə Kərimоvа “Azərbaycanın bərpaolunan enerji potensialı” mövzusunda çıxış edib.
Məruzəçi bərpaolunan enerji mənbələrinin inkişafı və “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələrin 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamı olduğunu bildirib. O, Azərbaycanın alternativ və bərpaolunan enerji potensialından, “yaşıl enerji”nın əldə edilməsi üçün mövcud imkanlarından bəhs edib. Səidə Kərimova 2004-cü ildə qəbul edilən “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin aparılması və ölkəmizin enerji potensialının qiymətləndirilməsinə geniş imkanlar yaratdığını bildirib. Məruzəçi 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95%-nin bərpaolunan enerji mənbələrinin payına düşəcəyini söyləyib.
İclasda ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsinin əhəmiyyəti vurğulanıb.
Tehsil-press.az