Bərpaolunan enerji istiqamətində tədris proqramları müzakirə edilib

Bərpaolunan enerji istiqamətində tədris proqramları müzakirə edilib Azərbaycan-Fransız Universitetində (UFAZ) “TotalEnergies” şirkətinin Azərbaycandakı bərpaolunan enerji biznesinin inkişafı üzrə baş mütəxəssisi Çingiz Orucov ilə bərpaolunan enerji istiqamətində UFAZ-ın gələcək tədris proqramları müzakirə olunub.
Müzakirə zamanı UFAZ-ın icraçı direktoru Vazeh Əskərov və Baş katibi Yelizaveta Bydanova qonağa ixtisaslar, tədris prosesi və elmi sahədə əməkdaşlıq barədə ətraflı məlumat veriblər.

Tehsil-press.az

Oxşar xəbərlər