Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Mühəndis sistemləri və qurğuları kafedrası və Almaniyanın “Green Life Engineering” şirkətinin birgə təşkilatçılığı ilə silsilə seminarlar davam edir.
“Müasir inşaatda günəş enerjisindən istifadə məsələləri” mövzusunda keçirilən budəfəki seminarda kafedranın müdiri professor Nurməmməd Məmmədov mövzunun aktuallığına diqqət çəkib. Qeyd edib ki, günəş enerjisi təbii və ekoloji cəhətdən təmiz, bərpaolunan enerji mənbəyidir və ölkəmizdə hazırda bu enerji resursundan faydalı şəkildə istifadə üçün önəmli addımlar atılır. Azərbaycanda günəş enerjisi ilə bağlı layihələrin yüksəkixtisaslı mühəndis kadrlarla təmin edilməsi məqsədilə AzMİU-da geniş tədqiqat işləri aparılır və tədrisdə bu istiqamətdə önəmli yenilənmələr həyata keçirilir.
“Green Life Engineering” şirkətinin nümayəndəsi Nadir Mənsumov gələcək nəsillərin dayanaqlı enerji təminatı, həmçinin ətraf mühitin qorunması məqsədilə alternativ və bərpaolunan enerjiyə artan tələbatdan danışıb, günəş enerjisindən istifadə, günəş panellərinin qurulması prinsipləri, enerjinin alınması və ondan istifadənin zəruriliyini qeyd edib. O bildirib ki, yer səthinə düşən günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Tehsil-press.az