Dövlət agentliyi işçi axtarır - VAKANSİYA

Dövlət agentliyi işçi axtarır - VAKANSİYA Azerbaijan Energy Regulatory Agency

Enerji Müfəttişi (Regionlar üzrə)
Son tarix 11 iyl 2024 - [email protected]

Vəzifə öhdəlikləri:
İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir;
Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;
Filialın fəaliyyət ərazisində 200 kVt güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi üçün tikinti obyektlərinin elektrik qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir;
Tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərini enerjidən səmərəli istifadə üzrə ekspertizasını keçirir;
İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir;
Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Tələblər:
Energetika və enerji maşınqayırması, İstilik energetikası, maşın və qurğuları, Elektrotexnika və elektromexanika, Yüksək gərginliklər texnikası, fizikası və elektrotexnologiya ixtisas istiqamətləri üzrə ali təhsil
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
Yaş həddi 25-45 aralığı
Agentliyin region filiallarına rotatsiyaya açıq olmalı;
Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
Rus dilini bilməsi arzu olunandır;
Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.
Digər:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
İstirahət günləri: şənbə və bazar günləri;
Vakansiya üzrə müraciətin son müddəti: 11 iyul 2024-cü il
İş yeri: Şirvan, İmişli, Kürdəmir şəhərləri - 3 vakansiya
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Enerji müfəttişi) qeyd edin.

Tehsil-press.az

Oxşar xəbərlər