
Görüşdə universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə, institutun Yer fizikası seksiyasının rəhbəri akademik Fəxrəddin Qədirov, BDU-nun Geologiya fakültəsinin dekan müavini Ruslan Şəmiyev və filialın əməkdaşları iştirak ediblər.
Tədbirdə yeni tədris ilində filialın fəaliyyəti, filialda tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkili barədə müzakirələr aparılıb.
Fərda İmanov universitetdə təhsil sahəsində həyata keçirilən islahatlar, tədris prosesində tətbiq edilən yeni interaktiv təlim texnologiyaları haqqında məlumat verib.
Akademik Akif Əlizadə tədris-elm-istehsalat əlaqələrinin inkişaf etdirilməsində filialın əhəmiyyətli rol oynadığını bildirib.
Akademik Fəxrəddin Qədirov bakalavr və magistrantların dərs və istehsalat təcrübələri üçün yaradılmış şəraitdən danışıb.
Sonra tədris otağına və seysmoloji müşahidələri yerinə yetirmək üçün cihazların yerləşdirildiyi laboratoriyalara baxış keçirilib.
Tehsil-press.az