Təhsil İnstitutu aparıcı mütəxəssis və mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir!

Təhsil İnstitutu aparıcı mütəxəssis və mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir! Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi Layihələrin təşkili və idarə edilməsi şöbəsinə aparıcı mütəxəssis və mütəxəssis vəzifəsi üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

Müsabiqələr üzrə elektron ərizələrin yoxlanılması;
Müvafiq yerli təhsili idarəetmə orqanları ilə əməkdaşlığın qurulması;
Müsabiqələr üzrə vakansiyalar sisteminə nəzarət və vakansiyaların düzgünlüyünün yoxlanılması;
Müsabiqələrin təşkili zamanı müvafiq dəstəyin göstərilməsi;
Müsabiqələr üzrə əlavə yerləşdirmələrin həyata keçirilməsi və bu prosesə nəzarət.
Tələblər:

Ali təhsil;
Müvafiq sahədə iş təcrübəsi;
Təhsil sahəsində mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
Aydın danışıq tərzi;
Yüksək nitq mədəniyyəti;
Gündəlik işlərdə vaxtın idarə edilməsi;
“Microsoft Office” proqramlarında sərbəst işləmək bacarığı;
Dinləmək bacarığı;
Enerjili və yüksək fəaliyyət qabiliyyəti;
İntizamlılıq və tez öyrənmə bacarığı;
Məqsədyönlülük və əzmkarlıq;
Stressə qarşı davamlılıq.
İş şəraiti:

İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.
Qeyd edək ki, hər iki vakansiya hazırda sosial məzuniyyət yeridir. Müvafiq namizədlərlə ilkin olaraq 4 aylıq əmək müqaviləsi bağlanılacaq. Lakin yaranmış vəziyyətdən asılı olaraq bağlanılan əmək müqaviləsinin müddətinin uzadılması mümkündür.

Vakansiyalar üçün müraciət etmək istəyən namizədlər “Mövzu” hissəsində müvafiq vakansiyanın adını qeyd etməklə öz CV-lərini [email protected]
elektron poçt ünvanına göndərə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər