İmran Ağayev baş həkim təyin edildi

İmran Ağayev baş həkim təyin edildi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına yeni direktor təyin olunub.

Bu barədə Azərbaycan Tibb Universiteti məlumat yayıb.

Bildirilib ki, bu vəzifəyə İmran Ağayev təyinat alıb.

Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.

Qeyd edək ki, bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına (TCK) da təyinat olub. Belə ki, klinikanın direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov, baş həkim vəzifəsinə isə Neyrocərrahiyyə kafedrasının dosenti, TCK-nın Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İsgəndərov təyin edilib.

Tehsil-press.az

Oxşar xəbərlər