Emin Əmrullayev əksəriyyəti hərbçi övladları olan məktəbdə “Son zəng”i çalıb

Emin Əmrullayev əksəriyyəti hərbçi övladları olan məktəbdə “Son zəng”i çalıb Bakı şəhəri şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli məktəbdə “Son zəng” tədbiri baş tutub.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev da iştirak edib.

Məktəbin direktoru Səidə Rəhimova bildirib ki, bu il məktəbin 43 şagirdi məzun olur: "Məktəbin müəllim və şagird kontingentinin 70%-i hərbçi övladlarıdır. Məktəb cari ildə VII qrant müsabiqəsinin qalibi olub, cari ildə STEAM layihəsi tətbiq olunub. Eyni zamanda icma əsaslı bağça fəaliyyət göstərir. Məktəbdə 620 yerlik olmasına baxmayaraq, 1300 şagird təhsil alır".

Onun sözlərinə görə, məktəbin göstəriciləri son üç ildə artan dinamika ilə davam edib.

Eyni zamanda şəhid Ramiz Qasımovun qızı Gülanə Qasımlı da bu məktəbdən məzun olur.

Tehsil-press.az

Oxşar xəbərlər