İqbal Ağazadə seçkiyə bu dairədən gedir - AÇIQLAMA

İqbal Ağazadə seçkiyə bu dairədən gedir - AÇIQLAMA Ümid Partiyasının sədri İqbal Ağazadənin növbədənkənar parlament seçkilərinə qatılacağı dairə açıqlanıb. Partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, İqbal Ağazadə seçkiyə 36 saylı Xətai-Suraxanı seçki dairəsindən qatılacaq:

"Bu gün partiyanın İdarə Heyətinin toplantısı keçirilib. İclasda 40 namizədin hansı dairədən seçkiyə qatılacağı müəyyənləşib və onların hər birinin sənədləri hazırdır. Dairələri müəyyənləşməyən namizədlərimiz də var”.

Taleh Əliyev hazırda yekun siyahı üzərində iş getdiyini vurğulayıb:

"Həftəsonu partiyanın növbəti idarə heyətinin iclası keçiriləcək. Namizədlərin bu seçkidə iştirakı ilə bağlı yekun siyahı həftə sonu elan ediləcək”.

Tehsil-press.az

Oxşar xəbərlər