Mərkəzi Seçki Komissiyasının iclasında 9 fevral parlament seçkilərindən sonra bir neçə dairədən daxil olan şikayətə baxılır.
İclasda namizədlərdən – Natiq Cəfərli, Gülağa Aslanlının şikayətlərinə baxılacağı gözlənilir.
Eyni zamanda, mütəmadi gündəmdə olan 29 saylı Səbail seçki dairəsindən bir namizədin şikayətinə baxılacaq. Bu dairəni lideri Nigar Arpadaraidir, onun əsas rəqibi isə Bəxtiyar Hacıyev idi.
Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 34 saylı Xətai ikinci seçki dairəsindən namizəd, Müsavat partiyasının üzvü Qəzənfər Baxışovun şikayətinə baxılıb.
Q.Baxışov iclasda iştirak etməkdən imtina edib. MSK üzvü bildirib ki, həmin namizədin nə özü, nə də nümayəndələri şikayətdə qeyd etdiyi məntəqələrdə olmayıblar. Onun şikayəti əsassız olduğu üçün təmin edilməyib.
Qeyd edək ki, həmin dairə üzrə lider keçmiş deputat Mixail Zabelindir.
***
Daha sonra 11 saylı Qaradağ seçki dairəsindən namizəd, Müsavat partiyasının başqan müavini Səxavət Soltanlının şikayətinə baxılıb.
S.Soltanlı həmin dairə üzrə səsvermə zamanı pozuntulara yol verildiyi üçün dairənin nəticələrinin ləğv edilməsini istəyib. O bildirib ki, 5 saylı məntəqədən onlara verilən protokolda qeyd edilən rəqəmlə MSK-nın saytında qeyd edilən rəqəm arasında 500 seçici fərqi yaranıb. MSK üzvü bildirib ki, S.Soltanlı həmin protokolu yox, onun surətini təqdim edib.
MSK sədri Məzahir Pənahov isə protokol surətinin hüquqi əsası olmadığını deyib:
“Onu hələ biraz da özünüzdə saxlayın, 5 il sonrakı seçkidə verərsiniz. Siz niyə protokolu araşdırma üçün bizə təqdim etmirsiz ki?”.
S.Soltanlı protokolun orijinalının indi özündə olduğunu və bu gün təqdim edəcəyini bildirib. M.Pənahov isə protokolu təqdim etdikdən sonra araşdırma aparılacağını deyib. Komissiya üzvlərinin səsverməsi nəticəsində şikayətdə qeyd olunanlar təsdiqini tapmadığı üçün təmin edilməyib. Həmin dairə üzrə lider YAP-ın namizədi Aydın Hüseynovdur.
***
43 saylı Sumqayıt seçki dairəsindən namizəd Mehriban Mirzəliyevanın şikayətinə baxılıb.
M.Mirzəliyeva bildirib ki, həmin dairənin lider namizədi olan Emin Hacıyevin ikili vətəndaşlığı var və o, Rusiyada işləyib, orada yaşayır, son altı ayını Azərbaycanda keçirməyib. Namizəd bildirib ki, E.Hacıyevin namizədliyi qanuna uyğun deyil.
MSK sədri Məzahir Pənahov deyib ki, bu məsələ araşdırılacaq, sorğular veriləcək və nəticəyə uyğun olaraq müvafiq qərar veriləcək. Komissiya üzvlərinin səsverməsi nəticəsində namizədin şikayətində qeyd etdikləri təsdiqini tapmadığı üçün təmin edilməyib.
Həmin dairə üzrə lider YAP-ın namizədi Emin Hacıyevdir.
Tehsil-press.az