“Sosial işçi”-lərin fəaliyyəti ilə bağlı dəirmi masa keçirildi

“Sosial işçi”-lərin fəaliyyəti ilə bağlı dəirmi masa keçirildi Əlil Qadınlar" cəmiyyəti Gəncə şəhər şöbəsi və "Ziya-Bilik-Körpüsü" İnklüziv hazırlıq-Peşə kursları tərəfindən verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda Tibbi Bilikli Sosial İşçilərin dərs və metodik vəsaitinin tərtibatı, Tibbi bilikli sosial işçilərin fəaliyyəti ilə bağlı dəirmi masa keçirilib.
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavini Rəfiq Qəndilov dəyirmi masanı giriş sözü ilə açaraq çox mühüm bir məsələnin müzakirəsi ilə bağlı müzakirələrin aparılacağını bildirdi.
Dəyirmi masanın keçirilməsində əsas məqsəd xdmətlərə ehtiyacı olan vətəndaşlara xidmət göstərə biləcək kadrların hazırlığı istiqamətində səriştələrin formalaşdırılmasını özündə əks etdirən, maarifləndirici kurslar üçün dərslik və metodik vəsaitlərin hazırlanması məsələlərinin müzkirə edilməsi idi.
Dəyirmi masada Təhsil Problemləri İnstitutunun direktor müavinləri Faiq Şahbazlı, Rəfiq Qəndilov, Ənvər Abbasov, şöbə müdirləri, əməkdaşları o cümlədən, Aİ - TVİNİNG proqramının Sosial Xidmətlər Layihəsi üzrə Azərbaycan nümayəndəsi Herbert Paulischin, Əmək və Sosial Problemlər üzrə Elmi - Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Səbinə xanım, "Əlil Qadınlar" cəmiyyəti Gəncə şəhər şöbəsi və "Ziya-Bilik-Körpüsü" İnkluziv hazırlıq-Peşə kurslarının rəhbəri Elmira İsmayılova, HUMEL Psixologiya Mərkəzinin direktoru Tariyel Faziloğlu və başqaları iştirak edirdilər.
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun İnklüziv Təhsil şöbəsinin müdiri Lalə İmanova çıxışında bir çox sahələrdə dünyaya inteqrasiya edən ölkəmizdə bu sahənin də inkişafının gələcək əhəmiyyətindən söz açdı və tədbirin əsas təşkilatçısı kimi, rəhbərlik etdiyi şöbənin gələcəkdə də sosial inkişafa dəstək verəcək fəaliyyətlərdə aktivlik nümayiş etdirəcəklərini bildirdi.
Dəyirmi masada iştirak edən Aİ - TVİNİNG proqramının Sosial Xidmətlər Layihəsi üzrə Azərbaycan nümayəndəsi Herbert Paulischin geniş nitq söyləyərək ölkəmizdə Sosial İşçi ifadəsinin yeni olmadığını bildirdi. Lakin bu istiqamətdə gərəkən işlərə yeni başlandığını vurğuladı. O bildirdi ki, yaxın gələcəkdə Azərbaycanda bir çox sahələrdə sosial xidmətlər və sosial işçilərə tələbatın yarandığını hiss ediləcək və bu sahədə xidmət göstərəcək insanlara ehtiyacın yarandığını müşahidə olunacaq. Bu baxımdan, çox önəm daşıyan tədbirdə iştirak edən "Əlil Qadınlar" cəmiyyəti Gəncə şəhər şöbəsi və "Ziya-Bilik-Körpüsü" İnklyuziv hazırlıq-Peşə kurslarının rəhbəri Elmira İsmayılovaya dərin təşəkkürünü bildirdi ki, metodik vəsaitlərin hazırlanması işində, kadrların seçimi və hazırlığı məsələlərində zamanından çox-çoxöncədən tədbirlər həyata keçirmiş və bu sahənin inkişafına dəstəyini əsirgəməmişdir.
Tədbirdə çıxış edən digər iştirakçılar da, Tibbi Bilikli Sosial İşçilərin dərs və metodik vəsaitinin tərtibatı, Tibbi bilikli sosial işçilərin fəaliyyəti ilə bağlı konsepsiyanın hazırlanmasının vacibliyindən, XXI əsrin xüsusiyyətlərini dərk edə bilən, kompetensiyalara malik sosial işçılərin hazırlanmasının perspektivindən söz açdılar.
Dəyirmi masa müzakirələrlə davam etdi.
Samir Aslan

Oxşar xəbərlər