Milli Gimnastika Arenasında ADNSU-nun “Məzun Günü” keçirilib

Milli Gimnastika Arenasında ADNSU-nun “Məzun Günü” keçirilib İyulun 9-da Milli Gimnastika Arenasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Məzun Günü” keçirilib.

Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov öncə universiteti uğurla başa vuran məzunları təbrik edib. Dosent Vazeh Əsgərov çıxışında yüksəkixtisaslı mühəndislər yetişdirən ADNSU-da təhsil və tədrisin müasir tələblərə uyğun təşkili, universitetin elmi nailiyyətləri və beynəlxalq metrik bazalarda yüksək pillələrdə qərarlaşması haqqında iştirakçılara məlumat verib. O, bildirib ki, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və qayğısı sayəsində, Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə ölkədə ali təhsil sahəsində aparılan islahatlar öz nəticələrini verməkdədir. Bu gün ADNSU-nun 18 ixtisası beynəlxalq akkreditasiyadan keçib, universitetimiz QS reytinq sıralamasında dünyanın 50 mindən artıq ali məktəbi arasında ilk 1200 universitet sırasında yer alıb. ADNSU-dan bu il 4050 tələbə məzun olur və onlar dövlətimiz, xalqımız üçün fayda verə biləcək ixtisaslı mütəxəssislərdir.

“Məzun Günü”ndə Gənclər və İdman naziri Fərid Qayıbov, Elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova çıxış edərək Azərbaycanda gənclərin savadlı və sağlam formalaşmasının hər zaman prioritet olduğunu bildiriblər. Çıxışlarda Azərbaycanda, eyni zamanda ölkə hüdudlarından kənarda ADNSU-nun yetişdirdiyi mühəndis kadrların neft sənayesinin inkişafına verdiyi töhfələrdən bəhs olunub. Məzunları təbrik edən qonaqlar diqqətə çatdırıblar ki, həmişə olduğu kimi, bu gün də istehsalatda bu qocaman təhsil ocağının yetişdirdiyi mütəxəssislərə tələbat yüksəkdir.

Yüksək coşqu ilə keçirilən “Məzun Günü”ndə universitetin illik fəaliyyəti və tədris prosesindən bəhs edən video-təqdimatlar nümayiş olunduqdan sonra ən yaxşı tələbələrin mükafatlandırılması olub.

“Məzun Günü” ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının maraqlı musiqi nömrələrindən sonra, Xalq artisiti Röya Ayxanın və Ayaz Babayevin rəngarəng ifalalarında bədii hissə ilə davam edib.

Milli Gimnastika Arenasında ADNSU-nun “Məzun Günü” keçirilib
Milli Gimnastika Arenasında ADNSU-nun “Məzun Günü” keçirilib
Milli Gimnastika Arenasında ADNSU-nun “Məzun Günü” keçirilib


Tehsil-press.az

Oxşar xəbərlər