Mayın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XV Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 110 dövlət qurumu və özəl şirkət tərəfindən, o cümlədən Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, Dövlət Məşğulluq Agentliyi, AzerGold QSC, ASAN xidmət, PAŞA Sığorta ASC, Balaxanı Əməliyyat Şirkəti LTD, Caspian Event Organisers LLC, Bahar Energy Operating Company Limited Representative Office, AzəriMed QSC və digər təşkilatlar tərəfindən 1000-dən yuxarı vakant iş və 700-ə yaxın təcrübə yeri təklif olunub.
Məzun-Karyera Sərgisinin açılış mərasimində çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ənənəvi olaraq universitetdə keçirilən Məzun-Karyera sərgilərinin əhəmiyyətindən danışıb. Belə sərgilərin müəssisələrlə universitet arasında əlaqələrin genişləndiriliməsində mühüm rol oynadığını deyən dosent Vazeh Əskərov sərgi vasitəsi ilə tələbə və məzunların birbaşa işəgötürənlərlə ünsiyyət qurulması baxımından mühüm platforma olduğunu deyib. ADNSU məzunlarının işlə təminatının yüksək olduğunu qeyd edən dosent Vazeh Əskərov iştirakçıların diqqətinə çatdırıb ki, QS Reytinq Siyahısında 2024-cü ilin sıralamasında məşğulluq göstəricisinə görə ADNSU dünya universitetləri arasında 271-ci və Azərbaycan universitetləri arasında 1-ci yerdədir. Dosent Vazeh Əskərov sərgidə iştirak edən dövlət qurumu və özəl şirkət nüməyəndələrinə, qonaqlara və bütün iştirakçılara təşəkkürünü bildirib, tələbə və məzunlara yeni iş fəaliyyəti və karyeralarında uğurlar arzu edib.
Sərgidə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Elm və Ali Təhsil Agentliyinin sədr müavini Nicat Əsədli, Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Rüfət Əzizov, Balaxanı Əmiliyyat Şirkəti LTD-nin vitse-prezidenti Şaiq Bəkirov çıxış edərək ADNSU-da keçirilən XV Məzun-Karyera sərgisinin əhəmiyyətindən söz açıblar. Çıxışlarda qeyd olunub ki, ADNSU məzunlarına istehsalat müəssisələrində hər zaman ciddi ehtiyac var və bundan sonra da olacaq. Belə sərgilər isə sənaye-universitet əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərir və bu da məzunlara zamanında işlə təmin olunma və uğurlu karyera seçimi imkanı yaradır.
Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov və digər rəsmi şəxslər, dövlət qurumu və özəl şirkət nümayəndələrinin iştirak etdiyi sərgi rəsmi hissədən sonra ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının, istedadlı tələbələrin ifasında bədii hissə və stendlərə baxışla davam edib.
Qeyd edək ki, sərgi çərçivəsində universitetdə aparıcı şirkət mütəxəssisləri tərəfindən tələbələr üçün 5 mövzuda treninqlər də keçirilib.
Tehsil-press.az