ADNSU ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında memorandum imzalanıb

ADNSU ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında memorandum imzalanıb İyunun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında memorandum.

Tədbirdən öncə Milli qəhrəman Mübariz İbrahimovun abidəsi önünə əklil qoyulub, xatirəsi anılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümumilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları universitetdə salamlayaraq təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinin və orta təhsil müəssisələri ilə universitetlərin birgə fəaliyyətinin yüksək ixtisaslı gənc kadrların yetişdirilməsi istiqamətində əhəmiyyətindən danışıb. Mövcud əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğulayan dosent Vazeh Əskərov yeni imzalanacaq memorandumun bu baxımdan uğurlu olacağına əminliyini bildirib.

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov ADNSU-da olmaqdan məmnunluğunu bildirib və beynəlxalq reytinqlərdə irəlilədiyinə görə universiteti təbrik edib. Birgə əlaqələrin inkişafında maraqlı olduqlarını deyən A.Bağırov memorandumun hər iki tərəf üçün əhəmiyyət kəsb etdiyini deyib.
Sonra Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi haqqında qısa video çarx nümayiş olunub.
Sonda tərəflər arasında memorandum imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər