TƏCİLİ: "AZƏRSU" MEHRİBAN ƏLİYEVANIN MƏKTUBUNU HEÇƏ SAYIR: 165 AİLƏ PA ÖNÜNDƏ AKSİYA ANONSU VERDİ - FOTO

TƏCİLİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldıqdan sonra "Azərsu" ASC onun tabeliyinə verildi. Bununla da gözləntilər əmələ gəldi ki, "Azərsu" yeni qurumun tabeliyində daha optimal fəaliyyət göstərər. Amma sən saydığını say, gör bu "Azərsu" nə sayır... Çünki qurum və onun rəhbərliyi, eləcə də tabe olduğu Agentlik, onun sədri Zaur Mikayılov 165 ailənin etdiyi müraciət bir yana, bu işlə bağlı I Vitse-Prezidentin məktubunu belə heçə sayır.

Belə ki, Bakının Yeni Günəşli ərazisində "Sahil - S İnşaat" şirkətinə aid binadan mənzil alan 165 ailənin su təchizatı ilə bağlı məktubları, müraciətləri qulaqardına vurulur, açıq şəkildə süründürməçilik edilir... Sakinlərin Anaxeber.info-ya bildirdiyinə görə, artıq "bıçaq sümüyə dirənib" və onlar yaxın günlərdə Prezident Administrasiyası qarşısında toplaşaraq "Azərsu" ASC-nin laqeydliyinə, Mehriban xanım Əliyevanın bu iş üzrə quruma verdiyi tapşırığa məhəl qoyulmamasına etiraz edəcəklər. Sakinlərin sözlərinə görə, bu binanın başıbəlalı olduğu, sahiblərinin dələduzluq üstündə həbs edildiyi ictimaiyyətə məlumdur. O da məlumdur ki, yarımçıq qalan işlər dövlət rəhbərliyinin nəzarəti altında, xüsusən də I Vitse-Prezident Mehriban Əliyevanın diqqəti sayəsində, o cümlədən sakinlərin öz imkanları çərçivəsində hissə-hissə görülməkdədir. Sakinlər xüsusi vurğulayırlar ki, məhz Mehriban xanımın dəstəyi nəticəsində binanın işıq, lift və bir sıra problemləri həllini tapıb, eləcə də qaz təchizatı istiqamətində işlər müsbət yöndə getməkdədir, lakin yalnız su verilməsində "Azərsu" açıq şəkildə özünü Yezid kimi aparır.

Müraciətdə deyilir: "Cənab Prezident və hörmətli Mehriban xanım, bu müraciəti bir daha etmək məcburiyyətimiz məhz
"Azərsu" tərəfindən göstərilən diqqətsizlik, özbaşınalıqdan qaynaqlanır. Bizim bundan əvvəl müraciətimizdən sonra cavab olaraq Mehriban xanımın adından "Azərsu"ya məktub göndərilmiş və tapşırılmışdı ki, sakinlərin su problemi həll olunsun, sayğaclar quraşdırılsın. Amma bu mötəbər instansiyadan "Azərsu"ya gedən məktuba da məsuliyyətlə yanaşmırlar. Bu məsələ ilə bağlı hər dəfə müraciət edirik, bizə yolaverdi cavab gəlir, bu gün-sabaha salınır, başdansovdu edilir.

Ona görə də neçə vaxtdır ki, bizi süründürür, dövlətdən narazı vəziyyətə salır, 165 ailəni bu Məhərrəm ayında Yezid kimi suya həsrət qoyurlar. Halbuki Mehriban xanımın bu məsələyə dair xüsusi tapşırığı olub, amma görün "Azərsu" rəhbərliyi özünə nə qədər arxayındır ki, ölkənin I Vitse-Prezidentinin adından olan məktuba da baxmırlar... "

Məktubda əlavə olaraq bildirilir: "Bizə hər səfərində yalandan cavablar verilir, görməli olduqları iş yerinə yetirilmir, sayğacları quraşdırılmır. Hərçənd, mənzilləri sayğaclarla təmin etmək "Azərsu"nun səlahiyyətinə aid məsələdir", - deyə ölkə rəhbərliyinə müraciətdə deyilir.

Sakinlər bu gedişlə PA önündə yığışıb öz şikayətlərini çatdırmağa hazırlaşdıqlarını bildiriblər və əlavə ediblər ki, "Azərsu" bu əməlləri ilə faktiki olaraq ölkədə sosial gərginlik yaradır.

Sakinlər ümid edirlər ki, bu müraciət dövlət rəhbərliyinə, hörmətli Mehriban xanıma və Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova çatacaq, aksiya keçirilməsinə ehtiyac qalmadan məsələ həllini tapacaq.

"Halbuki “Azəriqaz” və “Azərişıq” bizdən bir qəpik də istəmədi. Mehriban xanımın diqqəti sayəsində dövlət qurumları bizə kömək etdilər. Ancaq “Azərsu” özünü əsl qudurğan kimi aparır. Necə olur ki, Mehriban xanıma müraciətimizdən sonra işıq və qaz problemimiz həll olunur, su problemi isə pulla həll olmur?! Bu, “Azərsu” rəhbərliyinin saymazlığı, hörmətsizliyidir. Bir binanı su ilə təmin etmək o qədər də çətin iş deyil axı...

“Azərsu” hər gün milyonlarla fərdi evlərdən və mənzillərdən su pulu alır, yüzlərlə evlərə, məhəllələrə, binalara su çəkilməsinə görə rüsum alır, bu qurum üçün dələduzluğun qurbanı olmuş 165 ailəyə yardım etmək çətin olmamalıdır. Amma görünür ki, pul “Azərsu”nun gözünü necə tutubsa, hətta Mehriban xanıma olan müraciəti də qəbul etmirlər. Biz inanırıq ki, artıq boğaza yığıldığımız su probleminin həlli bu müraciətdən sonra reallaşacaq.
Mənbə://anaxeber.info

TƏCİLİ: "AZƏRSU" MEHRİBAN ƏLİYEVANIN MƏKTUBUNU HEÇƏ SAYIR: 165 AİLƏ PA ÖNÜNDƏ AKSİYA ANONSU VERDİ - FOTO
TƏCİLİ: "AZƏRSU" MEHRİBAN ƏLİYEVANIN MƏKTUBUNU HEÇƏ SAYIR: 165 AİLƏ PA ÖNÜNDƏ AKSİYA ANONSU VERDİ - FOTO
TƏCİLİ: "AZƏRSU" MEHRİBAN ƏLİYEVANIN MƏKTUBUNU HEÇƏ SAYIR: 165 AİLƏ PA ÖNÜNDƏ AKSİYA ANONSU VERDİ - FOTO
TƏCİLİ: "AZƏRSU" MEHRİBAN ƏLİYEVANIN MƏKTUBUNU HEÇƏ SAYIR: 165 AİLƏ PA ÖNÜNDƏ AKSİYA ANONSU VERDİ - FOTO


Tehsil-press.az

Oxşar xəbərlər