Azərbaycanda bu şəxslər bir ilədək HƏBS EDİLƏCƏK - AÇIQLAMA

Azərbaycanda bu şəxslər bir ilədək HƏBS EDİLƏCƏK - AÇIQLAMA Son zamanlar estetik cərrahlarla bağlı sosial şəbəkələrdə şikayətlərin sayı artır. Pasientlər bildirirlər ki, həmin həkimlər işlərini düzgün icra etmirlər və onların sağlamlığına ziyan vururlar.

Bəs işini düzgün icra etməyən, insanların sağlamlığına ziyan vuran estetik cərrahlara qarşı hansı hüquqi cəza tədbirləri görülür?

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycanda həkimlərin səhvlərindən zərər görən insanlar var.

“Bu halla üzləşən şəxs tez bir zamanda hüquq mühafizə orqanlarına müraciət etməlidir. Əməliyyatın olunduğu yer üzrə prokurorluğa müraciət etdikdən sonra, pasient sağlamlığında yaranan problemlə bağlı məhkəmə tibbi-ekspertizasının müayinəsindən keçir. Həmin müayinə şəxsin sağlamlığına dəyən xəsarətin dərəcəsini müəyyən etməyə kömək edir. Xəsarətin dərəcəsi böyük olarsa, Azərbaycan Respublikasının Cinayət Məcələsinin 131.2 maddəsinə uyğun cinayət işi başlayır. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vuran həkimə 1200 manatdan 2400 manata qədər cərimə cəzası, 2 ilə qədər islah işləri və ya 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilir. Sağlamlığa vurulan zərər ağır olmazsa, həkimin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə dəyərləndiriləcək. Bu zaman həkimə 1500 manatdan 3000 manata qədər cərimə cəzası, 2 il müddətə qədər islah işləri, 6 aya qədər azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər. Şəxsin əməlində cinayət faktı özünü təsdiq etdiyi halda, həmin pasient zərərçəkmiş şəxs olaraq mülki qaydada iddia qaldırmaq hüququna malikdir. Bu isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi ilə tənzimlənir”.

Ramil Süleymanov qeyd edib ki, həkim pasientin şikayətini aradan qaldırmasa, müqavilə öhdəliklərini icra etməmiş olur.

“Pasient şikayəti, problemi aradan qalxmadığı zaman da məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə pasientin ödənişinin geri qaytarılması barədə qərar qəbul edə bilər. Buna görə tərəflər məhkəməyə sübutlar göstərməlidirlər”.

Tehsil-press.az

Oxşar xəbərlər