Uşağın gözü qarşısında gəlini baltalayıbmış - Bərdədəki dəhşətli qətlin təfərrüatları - VİDEO

Uşağın gözü qarşısında gəlini baltalayıbmış - Bərdədəki dəhşətli qətlin təfərrüatları - VİDEO Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində dəhşətli qətl hadisəsi baş verib. 1991-ci təvəllüdlü Sədaqət İbrahimova qayını 1995-ci il təvəllüdlü Azər İbrahimov tərəfindən öldürülüb.

Bakupost.az xəbər verir ki, baş verən qətlin təfərrüatları məlum olub.

Azər İbrahimov Sədaqət İbrahimovaya balta ilə xəsarət yetirərək onu öldürüb. Cinayətkarın atası Rəşid İbrahimov deyib ki, hadisə nəvəsinin gözü qarşısında baş verib:

“Mən həyətdə oturmuşdum. Gördüm ki, oradan baltanı götürdü, dedim, yəqin nəsə iş görməyə gedir. Heç fikir vermədim. Sonra balaca qız qışqırdı ki, anamı öldürdü, anamı öldürdü... Gördüm ki, baltalayıb. Epilepsiyadır nədir, ondan var idi. Epilepsiyadandırsa, məni də öldürəydi... Gəlinin 2 uşağı var, biri 3 aylıqdır”

Qeyd edək ki, Azər İbrahimov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.





Tehsil-press.az

Oxşar xəbərlər