Tahir Kərimli mətbuatda niyə az çıxış etməsinin səbəbini açıqladı: "Hazırda o imkanlarım yoxdur..."

Tahir Kərimli mətbuatda niyə az çıxış etməsinin səbəbini açıqladı: "Deputat fəaliyyətim başa çatsa belə, partiya sədri kimi fəaliyyətimi davam etdirirəm. Partiya konstitusion sistemin elementidir. Vəhdət Partiyasının sədri kimi siyasi məsələlərə reaksiyam olub və olacaq. Yaydır, məzuniyyətdir deyə mətbuatda az hallarda çıxış edirəm".

Bunu açıqlamasında VI çağırış Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

T.Kərimlinin sözlərinə görə, deputat səlahiyyətinin müddəti başa çatmayıb: "VI çağırış Milli Məclisin səlahiyyət müddəti VII çağırış Milli Məclisin ilk iclasında başa çatacaq. Mən onsuz da mətbuatda reklam xarakterli çıxışlar etmirəm. Parlamentin komitə və plenar iclaslarında çıxışlar edirdim, mətbuat da bunu geniş işıqlandırırdı. Təbii ki, hazırda o imkanlarım yoxdur. Bütün hallarda önəmli məsələlərə reaksiyamız olacaq. Hazırda isə müalicə və istirahətə vaxt ayırıram. Özümüzü toparlamalıyıq. Bilirsiniz ki, çox çətin vəziyyət gəlir, parlamentdə təmsil olunduğuma görə partiyamız dövlət tərəfindən maliyyələşdirilirdi, artıq bu, olmayacaq. Buna öyrəşməliyik. Çıxış yolu tapılmalıdır ki, maddi təminat olmadıqda necə işləməliyik. Düşünürəm, hər şey qaydasına düşəcək. Biz dövlətimizi və xalqımızı sevirik və sevəcəyik".

Tehsil-press.az

Oxşar xəbərlər