Ötən həftə Kiyevdə və İvano-Frankovsk vilayətində yeni növ koronavirusa yoluxma halları aşkar edilib.
Bu barədə bazar ertəsi, avqustun 5-də Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyul ayında ölkədə "Omicron FLiRT" koronavirusunun yeni subvariantına üç yoluxma halı qeydə alınıb. Mövcud peyvəndlər və gücləndiricilər effektiv olaraq qalır, lakin onlar yeni ştammdan qorumurlar.
Xatırladaq ki, ÜST hələ FLiRT-nin təhlükələri ilə bağlı konkret qiymətləndirmə aparmayıb. Son həftələr Kiyevdə COVID-19-a yoluxma halları xeyli artıb. İyulun əvvəli ilə müqayisədə koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı çoxalıb.
Mövzu ilə bağlı Referans.az-a infeksionist Mərdan Əliyev danışıb. Həkim bildirib ki, sözügedən ştamm Omikronun alt variantıdır və artıq 1 ilə yaxındır ki, Amerika, Kanada, Avropanın bəzi ölkələrində yayılıb:
"İndi də Ukraynada yayıldığını müşahidə edirik. Həmin ştammın genetik olaraq tam quruluşu öyrənilməyib, amma, alt variant olduğu məlumdur. Peyvənddən "qaça bilir". Amma, sentyabrda yeni peyvəndlər çıxanda yəqin ki, yeniliklər olacaq və artıq virusa qarşı qoruyacaq. Xəstəliyə yoluxub sağalanların immunitetləri daha güclü olacaq".
Həkim bildirib ki, yeni növ koronavirusun Azərbaycana gəlmək ehtimalı var: "Ehtiyac olarsa, peyvəndlənməmiz mümkündür. Düşünmürəm ki, əvvəlki şəkildə peyvəndlənmə olsun. Könüllü şəkildə, kim istəsə, risk qrupuna daxil olan şəxslər peyvəndlənə bilərlər".
Tehsil-press.az