ABŞ-Rusiya rəqabətinin Cənubi Qafqaz raundunda aktivləşmə var. Rəsmi Vaşinqton Kremlin başının Ukrayna ilə müharibəyə qarışmasından istifadə edərək, regionda həm hərbi varlığını artırır, həm də Ermənistandakı Rusiya təsirini qırmağa çalışır.
Misal üçün “Flightradar” qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2-si və 3-də ABŞ-ın Rumıniya və Qətərdəki bazalarından iki hərbi təyyarə Ermənistanın Zvartnots hava limanına uçub. “Caliber”in məlumatında qeyd olunur ki, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi nəqliyyat təyyarələrində Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli zirehli texnika gətirilib. Bundan başqa Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da bura daxildir.
Digər diqqətçəkən məqam isə hərbi yükdən əlavə, ABŞ ordusunun 50 nəfərədək şəxsi heyətinin Ermənistana gəlməsidir. “Caliber”in məlumatında qeyd olunur ki, onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşlarıdır: postsovet ölkələrindən ABŞ-a köçmüş slavyan və qafqazlı insanlardan ibarət şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin geyim forması ilə təchiz olunub və Zəngəzurdakı hərbi bazada yerləşdirilib.
Göründüyü kimi, rəsmi Vaşinqton Rusiyanın Ukrayna ilə müharibəyə başının qarışmasından istifadə edərək Ermənistanda hərbi varlığını artırır. Aydın məsələdir ki, nə Ermənistan rus qoşunlarını birdəfəyə ölkədən çıxara, nə ABŞ bu istiqamətdə Ermənistana tam dəstək verə bilər, nə də Rusiya mövcud durumla barışar. Buna görə də ABŞ daha ağıllı strategiya yürüdərək Ermənistanda hərbi varlığını tədricən artırır. Bu proses böyük ehtimalla Ermənistanda ABŞ və Rusiya hərbi gücü balanslaşana qədər davam edəcək.
Aydın məsələdir ki, Rusiya ABŞ-ın nə etdiyinin fərqindədir. Bununla belə, prosesin qarşısını almaq üçün radikal addım atmır. Bunun üç əsas səbəbi var:
Birincisi, Rusiya Ermənistanı tam itirməmək üçün ABŞ-la bağlı narahatlığını İrəvana radikal formada demir;
İkincisi, Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb və Ermənistana diqqət ayıra bilmir;
Üçüncüsü, ABŞ-ın Ermənistandakı hərbi varlığı hələlik Rusiya ilə eyni ölçüdə deyil.
Lakin Kreml məsələyə səssiz də qalmır. Ənənəvi rıçağı olan Ermənistan-Azərbaycan münaqişəsindən istifadə edərək tərəfləri qarşı-qarşıya gətirməyə çalışır. Misal üçün, avqustun 15-16-sı Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi və Sədərək rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı bölmələri tərəfindən atəşə tutulub. Bu və bu kimi təxribatlar adətən Kremlin təlimatı ilə Ermənistan ordusunun daxilindəki “5-ci kolon” tərəfindən həyata keçirilir. Rusiya bu yolla şərti dövlət sərhədində gərginliyi artırıb, həm sülh prosesinə mane olmağa, həm də Ermənistana narahatlığını göstərməyə çalışır.
Azərbaycan regionda baş verən prosesləri yaxından izləyir. Son günlər təmkinli mövqeyin səbəbi də budur. Bakı İrəvanla sülh prosesinin davamlı və nəticəli olmasında maraqlıdır. ABŞ-Rusiya rəqabətinin sülhə zərər verməməsi üçün proseslərə təmkinli yanaşırıq. Bakı və İrəvan arasında gizli danışıqlar da məhz bu səbəbdən aparılır. Mövcud vəziyyəti nəzərə aldıqda demək olar ki, yaxın zamanlarda yeni təxribatların olması istisna deyil.
Tehsil-press.az