Paytaxtın bu ərazisində VƏTƏNDAŞLAR TƏHLÜKƏDƏDİR... - Aidiyyatı qurumlar cavab verməkdən BOYUN QAÇIRIR

Paytaxtın bu ərazisində VƏTƏNDAŞLAR TƏHLÜKƏDƏDİR... - Aidiyyatı qurumlar cavab verməkdən BOYUN QAÇIRIR Xəbər verdiyimiz kimi, bir neçə gündür paytaxtın Biləcəri qəsəbəsində yaşayan vətəndaşlar qeyri-adi halla qarşılaşıblar.

Belə ki, qəsəbənin bir çox ərazilərində ağaclarda və müxtəlif bitki örtüklərində kütləvi şəkildə tırtıllar peyda olub. Vəziyyət o yerə gəlib çatıb ki, kütləvi yayılan həşəratların varlığı vətəndaşları həm yaşıllığın məhvi ilə bağlı, həm də öz sağlamlıqları ilə bağlı narahat etməyə başlayıb.

Problemlər bağlı əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Qurumdan bu məsələnin onların öhdəliyində olmadığını bildirdilər.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə mütəmadi olaraq dərmanlama işlərinin aparıldığı və məhz həmin ərazidə olan problemlə bağlı açıqlama verə biləcək birinin olmadığını dedilər.

Son olaraq müraciət etdiyimiz Bakı şəhər İcra Hakimiyyətindən isə məsələ ilə bağlı araşdırma aparılacağını qeyd etdilər.

"Sağlam həyata doğru" İctimai Birliyinin üzvü, ekoloq Rövşən Abbasov Referans.az-a açıqlamasında bildirib ki, hazırki vəziyyət olduqca təhlükəlidir və təcili olaraq aidiyyatı qurum tərəfindən tədbir görülməlidir.

“Ağaclara bu dərəcədə ziyanverici həşəratların düşməsi tez bir şəkildə ağacların qurumasına gətirib çıxaracaq. Eyni zamanda bu tip kütləvi yayılmalar insanlarda da ciddi xəstəliklərin əmələ gəlməsinə gətirib çıxara bilər. Buna görə də təcili şəkildə həmin ərazilər dərmanlanmalıdır. Təkcə burada yox, bütün ərazilərdə mütəmadi olaraq dərmanlama işləri aparılmalıdır. Yerli yaşıllaşdırma idarəsi bu cür sahələrdə ümumi monitorinqlər aparmalıdır və bu monitorinqlər əsasında da öz fəaliyyət planlarını tərtib etməlidirlər”.

Tehsil-press.az

Oxşar xəbərlər