Abituriyentlər bu gün ilk dəfə günə tələbə olaraq başlayırlar. Bir çoxları bu duyğunu ilk dəfə yaşasa da, tələbə olanlar arasında ikinci dəfə təhsil alanlar da var.
Dünən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı və oğlu Turqut Muradlı eyni ildə universitetə qəbul olublar. Turqut 2007-ci ildə jurnalist ailəsində anadan olub. Onun atası Elməddin bəy və anası Xəyalə xanım Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində birgə təhsil alıblar.
Turqutun 22 iyul Milli Mətbuat günündə doğulması onların ailəsi üçün çox maraqlı hadisə olub. Təkcə Turqutun deyil, digər övladların doğum günləri əlamətdar günlərə təsadüf edib.
Bu il Elməddin bəy ikinci təhsilini, Turqut isə ilk təhsilini alacaq.
“2005-ci ildə BDU-nun jurnalistika fakültəsindən məzun olsam da, nəqliyyat sahəsinə olan marağım 10 il bundan əvvəl Avtosfer.az saytını yaratmağıma səbəb oldu. Beləcə, nəqliyyat, yol hərəkəti təhlükəsizliyi sahəsi ilə məşğul olmağa başladım. Zaman keçdikcə gördüm ki, bu sahədə böyük biliklərə malik olmaq lazımdır. Xüsusən də torpaqlarımız işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin Zəngəzur dəhlizinə, nəqliyyat dəhlizlərinə marağı və bu istiqamətdə dünyanın nəhəng ölkələri ilə siyasi mübarizəsi mənim də diqqətimi çəkdi.
Azərbaycanda bir çox sahələrdə yaxşı mütəxəssislər azdır. Düşünürəm ki, məhz nəqliyyat sahəsində yaxşı mütəxəssislərə ehtiyac var. Mən 10 ildən çox bu sahədə işlədiyim üçün həmkərlarım da nəqliyyat eksperti kimi məndən müsahibələr alırlar. Onlar mənim tanınmağımda böyük rol oynayıblar.
Fikirləşirəm ki, bir sahənin eksperti kimi tanınırsansa, o sahəyə mükəmməl şəkildə bələd olmalısan.
Əvvəlcə ikinci təhsilimi xaricdə almağı düşünürdüm. Bir qədər araşdırdıqdan sonra öyrəndim ki, Azərbaycanda təhsil sahəsində kifayət qədər köklü islahatlar aparılıb. Xüsusən də Azərbaycan Texniki Universitetində (AzTU) nəqliyyat və logistika ixtisasları ilə maraqlananda məlum oldu ki, burada kifayət qədər cəlbedici məqamlar var.
Beləcə, sənədlərimi ora təqdim etdim. Müsahibədən uğur qazanaraq, AzTU-ya qəbul olundum. Başda universitetin rektoru Vilayət müəllim olmaqla bütün rəhbərliyə təşəkkürümü bildirirəm.
Oğlum Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter Mühəndisliyi fakültəsinə dövlət sifarişi əsasında qəbul oldu. İnanıram ki, o, oxuyub, dövlətinə, millətinə faydalı vətəndaş olacaq. Eləcə də, mən ikinci təhsilimlə öz sahəmdə lazımi bilik və bacarıqları əldə edəcəyimə inanıram".
O, "azedu.az"a bildirib ki, o, ikinci təhsil almaq istəyini əvvəlcə valideynləri ilə müzakirə edib:
“İkinci təhsil almaq barədə ilk növbədə valideynlərimlə məsləhətləşdim. Çünki bir vaxtlar onlar ən ağır şərtlərlə mənim təhsil almağım üçün çalışıb, dəstək olublar.
Oğlum ali məktəbə qəbul olanda çox əziyət çəkdi. Valideyn olaraq əlimizdən gələn bütün dəstəyi verdik ki, yaxşı təhsil alsın. Mən təhsil aldığım illərdə evə kömək etmək üçün həm işləyir, həm də oxuyurdum. Amma şükür ki, bizim bu gün bu dəstəyə ehtiyacımız yoxdur. Ona görə də indi öz oğluma sadəcə OXU deyirəm. Bu sözləri o vaxtlar ailəm mənə deyə bilmirdi, çünki çətin idi. 1998-1999-cu illərdə biz artıq 6 il idi ki, torpaqlarımızı itirmişdik. Buna görə də köçkün həyatı yaşayırdıq.
Öz sahəmdə yaxşı mütəxəssis olmaq istəyirəm. Nəqliyyat sahəsi həm qəliz, həm də maraqlı sahədir. Burada daim yeniliklər olduğu üçün bununla ayaqlaşmaq lazımdır. Həmişə fikirləşirdim ki, fürsət tapan kimi ikinci təhsil alacam. Çünki birinci təhsilimi çətin vaxtlarda almışdım. O vaxt həm oxuyub, həm işlədiyim üçün arzuladığım təhsili ala bilmədim. Amma bu gün arzularımı gerçəkləşdirmək imkanı yarandığı üçün bunu dəyərləndirmək istədim. Hər zaman çalışmışam ki, cəmiyyətə fayda verən şəxs olum.
Ali məktəbə daxil olan bütün tələbələrə onların valideynlərinə uğurlar arzu edirəm. Bəzi hissləri sözlə ifadə etmək çətindir. Bir tərəfdən özüm, digər tərəfdən oğlum tələbə oldu.
Bir az qəbul edə bilmirəm... həm tələbə atasıyam, həm də tələbəyəm. Çox maraqlı hisslər yaşayıram. Hər kəs bu hissi yaşamağa layiqdir”.
Tehsil-press.az