Sülhməramlıların Qarabağdan çıxarılması qaçılmazdır – Keryan

Sülhməramlıların Qarabağdan çıxarılması qaçılmazdır – Keryan Qarabağ üzrə danışıqların əsas moderatoru rolu uğrunda Rusiya ilə Qərb, indiki halda ABŞ arasında şiddətli rəqabət gedir. AB-nin də fəallığı nəzərə çarpır. Güclərin hər biri Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin onun himayəsi altında imzalanmasını təmin etməyə çalışır. Çünki bu, Cənubi Qafqazda həmin gücün mövqeyini möhkəmləndirəcək.
Bunu erməni politoloq Qarik Keryan deyib.
"Qərb Rusiyanın Cənubi Qafqazdakı təsirini ləğv etmək istəyir və əgər onun himayəsi altında sazişin imzalanmasına nail ola bilsə, o zaman Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması qaçılmaz olacaq. Bunun ardınca Qərb tərəfdaşları Ermənistan rəhbərliyindən 102-ci Rusiya bazasının Ermənistandan çıxarılmasını tələb edə bilərlər. Regionda diplomatik qarşıdurmanın bütün məqamı budur", - o bildirib.
Keryanın sözlərinə görə, İrəvan və Bakının konsensusa gələ bilmədiyi əsas məqamlar Qarabağın taleyi, sərhədin delimitasiyası və demarkasiyası, blokun açılacağı halda marşrutların işləməsi ilə bağlıdır:
"ABŞ Dövlət Departamentinin nümayəndəsinin nikbin bəyanatlarından anlaşılmır ki, hansı məqamlarda tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olub. Çox güman ki, bu cür nikbinlik və pafos yalnız təbliğat xarakteri daşıyır”.

Tehsil-press.az




Oxşar xəbərlər