Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 34,53 ton qızılbalıq gətirilib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu miqdarda balığın idxalına 485,21 min ABŞ dolları vəsait xərclənib. Bu dövrdə ən çox qızılbalıq Norveçdən alınıb. Belə ki, bu ölkədən idxal olunan qızılbalığın miqdarı 34,22 ton olub. Norveçdən alınan qızılbalığın 1 kiloqramının orta gömrük dəyəri 23,6 manat olub.
Bununla yanaşı Danimarkadan idxal olunan qızılbalığın 1 kiloqramının orta gömrük dəyəri 44,2 manat, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığından alınan qızılbalığın bir kiloqramının orta gömrük dəyəri 29,6 manat, Türkiyədən alınan qızılbalığın bir kiloqramının orta gömrük dəyəri 179,52 manat olub.
Tehsil-press.az