Azərbaycan Dillər Universitetində Çempionlar klubu yaradılır

Azərbaycan Dillər Universitetində Çempionlar klubu yaradılır Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla müxtəlif yarışlarda iştirak edərək qələbə qazanan universitet tələbələri ilə görüşüb.
Rektor tələbələrin idman sahəsindəki uğurlarını yüksək qiymətləndirib, onlara uğurlar arzu edib. Kamal Abdulla tələbələrə təhsil və idman nailiyyətlərini birləşdirməyi tövsiyə edib, ADU-nun onlara hər cür dəstək olacağını diqqətə çatdırıb.
Görüşdə ADU-da Çempionlar klubunun yaradılması haqqında qərar qəbul olunub.
Xatırladaq ki, aprelin 21-də ADU-da “Narkomaniyaya yox deyirik” devizi altında universitet fakültələri arasında keçirilən idman yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. İdmanın voleybol, basketbol, stolüstü tennis, badminton və şahmat üzrə keçirilən yarışlara tələbələr böyük maraq göstəriblər. Yarışda 200-ə yaxın tələbə iştirak edib. Onlardan 80-ə yaxın tələbə diplom və medallarla təltif olunub.

Tehsil-press.az


Oxşar xəbərlər