ATU-da yeni auditoriya istifadəyə verilib

ATU-da yeni auditoriya istifadəyə verilib Azərbaycan Texnologiya Universitetinin (ATU) Qida mühəndisliyi fakültəsində yeni auditoriya istifadəyə verilib.

Həyat fəaliyyətinin təhlükəsizliyi üzrə ixtisaslaşmış auditoriya "IST Services" şirkətinin maliyyə dəstəyi ilə qurulub.

Otağın açılış lentini ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərovla "IST Services" MMC-nin Baş direktoru Orxan Xəlilzadə kəsib.

Qeyd edək ki, "IST Services" ümumi SƏTƏM, yükqaldırma, transport və logistika, xilasetmə, dənizdə sağqalma, müxtəlif peşə, mühəndislik, qida təhlükəsizliyi və s. sahələrdə təlimlər həyata keçirir.

Tehsil-press.az

Oxşar xəbərlər