ATU ilə "IST Services" arasında müqavilə imzalanıb

ATU ilə Azərbaycan Texnologiya Universiteti ilə "IST Services" MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovla "IST Services"in Baş direktoru Orxan Xəlilzadə imzalayıb.

Əməkdaşlıq müqaviləsinə əsasən "IST Services" şirkəti ATU-nun sifarişi əsasında "Texniki təhlükəsizlik" üzrə nəzəri və praktik təlimlər keçəcək.

Qeyd edək ki, "IST Services" şirkəti ümumi SƏTƏM, yükqaldırma, transport və logistika, xilasetmə, dənizdə sağqalma, müxtəlif peşə, mühəndislik, qida təhlükəsizliyi və s. sahələrdə təlimlər həyata keçirir.

Tehsil-press.az

Oxşar xəbərlər