2022-2023-cü tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində yeni açılmış qida mühəndisliyi ixtisasına bakalavr təhsil səviyyəsi üzrə tələbə qəbulu aparılıb.
Qida mühəndisliyi ixtisası ölkədə sosial, iqtisadi, milli prioritetlər, əmək bazarının yeni tendensiyaları nəzərə alınaraq açılıb. İxtisas üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrinin lazımi miqdarda istifadəsini, istehsal prosesini və mərhələlərini öyrənəcəklər.
Əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması məqsədilə tədris prosesinə bu sahə üzrə fəaliyyət göstərən sənaye müəssisələrinin ixtisaslı mütəxəssisləri cəlb olunacaq. İxtisas üzrə təhsilini başa vuran məzunlar qida sənayesinin müxtəlif sahələrində – şərab, ət, süd məhsullarının, un və qənnadı məmulatlarının istehsalı, yağ və meyvə-tərəvəz emalı və s. üzrə fəaliyyət göstərən müəssisələrdə mühəndis-texnoloq kimi çalışacaqlar. Məzunlar, həmçinin idxal və ixrac olunan bütün növ qida məhsullarının keyfiyyət qiymətləndirilməsinin, yararlılıq və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məsələlərinin həyata keçirilməsi üçün gömrük məntəqələrində, bu sahə üzrə elmi-tədqiqat institutlarında, uyğun peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrində, qida xammallarının və hazır məhsulların saxlanılmasını həyata keçirilən anbarlarda, restoran şəbəkələrində, Qida Təhlükəsizliyi Agentliyinin struktur bölmələrində işləmək imkanı qazanacaqlar.
Tehsil-press.az