Cəmiyyətin inkişafı həmişə təhsillə sıx bağlı olmuş, cəmiyyət və təhsil, yaxud təhsil və cəmiyyət ahəngdarlığı insanların, eləcə də, ölkənin, dövlətin davamlı inkişafını təmin etmişdir. Bəlli olduğu kimi, təhsil cəmiyyətin inkişaf strategiyasına, tələbinə uyğun olaraq qurulur. Cəmiyyət isə təhsilin keyfiyyət nəticələrinin təsiri ilə sivil yüksəlişə çatır.
Qeyd etməliyik ki, təhsil elmi bilikləri böyüyən nəslə, gənclərə ötürür, cəmiyyət elmi əsaslar üzrə bünövrələnərək, dinamik formalaşma keçirir. Deməli, təhsil və cəmiyyət əlaqəsinin məntiqi onun tədqiqi və öyrənilməsini aktuallaşdırır.
Təfəkkürü, dərketməni inkişaf etdirən, ağlın dərinliyini artıran elm heç vaxt köhnəlmir. Təbiət, cəmiyyət, fəaliyyət həmişə olub və hər vaxt olacaq. Biz bütün bunlara münasibət göstərməliyik, onları öyrənməli, mənimsəməli, yaratmalı və zənginləşdirməliyik. Burada dəyişən o zamana uyğun olan metodologiyadır. Yəni məqsəddən doğan yanaşmadır, münasibətdir. O zaman sovet ideologiyasına xidmət edirdik. Həqiqətdə aşkarlıqdan, demokratiyadan, müstəqillikdən çox-çox uzaq idik. Hətta iki eyni mənşəli xalq, ölkə bir-biri ilə dost ola bilməzdi. Danışanda isə hər şeyin bizdəki gözəlliyindən danışırdıq. Bu gün də həqiqi pedaqogika, psixologiya, sosiologiya, tarix və digər elmlərə söykənən metodikadan elmi əsaslarla istifadəyə ehtiyac duyulur
Bütün bu problemlərin düzgün və səmərəli həllində Ulu öndər Heydər Əliyevin metodoloji fikirlərinin böyük əhəmiyyəti vardır. Ona görə də Azərbaycan cəmiyyətində inkişaf konsepsiyaları və ideoloji yanaşmalar Ulu öndərin irsindən bəhrələnərək formalaşdırılmalıdır.
Təhsilin cəmiyyətlə, cəmiyyətin təhsillə sintezinin və bir-birini tamamlamasının əsasını milli ideologiya təşkil edir.
Milli ideologiya xalqın ideya-mənəvi baxışlarını, psixoloji xüsusiyyətlərini, mübarizə və yaşamaq amalını, can atdığı idealı təcəssüm etdirən sərvətidir. Milli ideologiya xalqın adət-ənənəsindən, mübarizə tarixindən, ictimai fikir və mədəniyyət dəyərlərindən nəşət tapır, öncül ideoloqlar tərəfindən formalaşdırılır, dövlət ideologiyası səviyyəsində tətbiq edildikdə, ümumxalq amalının həyata keçirilməsi vasitəsinə çevrilir.
Hər bir cəmiyyətin, dövlətin, ölkənin, bu cəmiyyətdə təhsilin uğurlu inkişafı onun aydın, dəqiq, mütərəqqi ideologiyasının mövcudluğu ilə şərtlənir.
Əgər müəyyən bir ölkədə mövcud olan dövlət hər hansı başqa bir dövlətdən asılılıq mövqeyindədirsə, orada milli ideologiyanın inkişafına lazımi şərait yaranmır. Deməli, milli dövlət ideologiyasının mövcudluğunun başlıca şərti həmin dövlətin suveren və müstəqil olmasıdır. Məhz elə buna görə də Azərbaycanda tarixən 2 dövrdə - XVI əsrdə və XX əsrin 1918-1920-ci illərində dünyaya bəlli və dövlət səviyyəsində həyata keçirilən ideologiya olmuşdur.
Xalqın milli-demokratik hərəkatına, ictimai-siyasi, elmi, ideya-mənəvi fikrinə, dini və mədəni dəyərlərinə əsaslanan milli ideologiya dövlət tərəfindən qorunduqda sürətli inkişaf yolu keçir, hamının mənəvi sərvətinə çevrilir. Əks təqdirdə, o yalnız xalq sərvəti kimi xalq arasında mövcud olar, dövlət səviyyəsinə qalxmaz, dövlətin xalqla birliyi təmin edilməz.
Fikrimcə, milli ideologiya Azərbaycançılıq, Vətənin inkişafı və qorunması üçün fədakarlığa hazır olmaq, İslam dini və mənəvi dəyərlərinə tapınmaq, dünya elmi-texniki və kültür mədəniyyətindən bəhrələnərək yeniləşmək, özünüdərk və milli mənlik şüuruna yiyələnməkdir.
Bu gün suveren, müstəqil Azərbaycan dövlətinin ideologiyasında məhz bu məzmun xüsusi yer tutur. Lakin onun kütləviliyinə, həyatiliyinə, təsirliliyinə, əməli nəticələrinə nail olmaq üçün bir sıra şərtlərin nəzərə alınması tələb olunur. Onlar hansılardır?
Birinci şərt təhsil kamilliyi, məktəbdə təlim-tərbiyə işinin milli məzmunda qurulması, təhsilin halallıqla, peşəkarlıqla həyata keçirilməsi ilə bağlıdır.
Təhsil elə qurulmalıdır ki, milli ideologiyaya tam xidmət etsin, təlim-tərbiyə işinin məzmunu, metodları sırf milli vətəndaşlar yetişdirilməsinə şərait yaratsın. Bunun üçün tədris proqramları və dərsliklər milli məzmunda qurulmalı, təlim dilindən asılı olmayaraq, bütün tip məktəblərdə tətbiq edilməlidir; məktəbləri ixtisasını bilməyən, əqidəliliyi, obyektivliyi qorumayan “kadrlardan” xilas etməli, müəllim-tərbiyəçi kadrları hazırlığının tam keyfiyyətli olmasına qəti şəkildə əməl edilməlidir.
Digər şərt Ana tərbiyəsi ilə bağlıdır. Uşağın vətəndaşlıq hazırlığı, milli-mənəvi dəyərlərlə tanışlığı ailədən başlanır. Ailənin sosial, mənəvi mühiti böyüyən uşağın necəliyini müəyyənləşdirir. Təbii ki, ailə tərbiyəsində ananın rolu əvəzsizdir. Hər bir uşağın əxlaqı, həyata, insanlara münasibəti, dini-mənəvi baxışları, hətta, əməllərinin mahiyyəti onu dünyaya gətirən, onu bəsləyən, böyüdən Ananın əqidəsi, əməlləri, mənəvi dünyası ilə şərtlənir. Milli ideologiya daşıyıcısı və ötürücüsü olan Ana yüksək təhsilli, tərbiyə elminə vaqif, sinəsi xalq yaradıcılığı nümunələri ilə dolu mədəni bir insan kimi həyata atılmalı, başlıca olaraq, tərbiyəedicilik funksiyasını yerinə yetirməlidir. Ləyaqətli analar yetişdirilməsi dövlətin ideoloji siyasətinin ən mühüm xəttini təşkil etməlidir.
Başqa bir şərt Ana dili amili ilə əlaqədardır. Təlim dilinin ana dilində aparılması, hər kəsin doğma dilini mükəmməl bilməsi milli ideologiyanı qavramağa və onu özündə hökmran etməyə güclü təsir göstərir. Söz, nitq – təfəkkürü formalaşdıran və onu təzahür etdirən vasitələrdir. Təbiəti, cəmiyyəti, aləmi, hadisələri, faktları, xassələri sözlər obrazlaşdırır, həyatiləşdirir, yaşadır. Sözlər yalnız ünsiyyətə xidmət etmir, düşüncəni, fikri, anlayışın məzmun siqlətini özündə ehtiva edir. Buna görə də təbiəti, cəmiyyəti ana dili vasitəsilə dərk etmək özünü və digərlərini ana südü mayası ilə, doğma yurd məhəbbəti ilə, ata-baba qeyrəti və qan yaddaşı ilə dərk etməyə kömək edir...
Nəhayət, ictimai fikir daşıyıcılarının, ideoloqların təsiri şərtidir.
Milli ideologiyanı formalaşdıran və yayan vasitələr sırasında mətbuat mühüm təsirə malikdir, o cümlədən, radio və televiziya daha geniş imkanlıdır.
Göründüyü kimi, təhsil sadəcə pedaqoji proses deyil, ictimai-siyasi, sosial prosesdir. Milli ideologiya mükəmməlliyi, aydınlığı cəmiyyətin inkişaf strategiyasını istiqamətləndirir, təhsil isə burada çox mühüm, əvəzedilməz rol oynayır. Ona görə də təhsil ictimaiyyəti Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycançılıq ideologiyasının məzmununu, mahiyyətini mükəmməl bilməli və bu ideologiyanın böyüyən nəslə aşılanmasında davamlılıq nümayiş etdirməlidir.
Heydər Əliyev Azərbaycançılıq ideologiyasını Azərbaycan dövlətinin ana xətlərindən birinə çevirərkən, ilk növbədə, tarix boyu əldə edilmiş zəngin təcrübədən məharətlə və uzaqgörən bir strateq kimi istifadə etdi. Bu baxımdan Heydər Əliyevin Azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz Azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki Azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir. Bu istiqamətdə də Heydər Əliyev Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin yeni – Azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Onun 2001-ci il iyun ayının 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmçinin 2001-ci il avqust ayının 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili Gününün təsis edilməsi haqqında” Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malikdir.
Nəticə olaraq qeyd etmək istərdim ki, Ulu öndər Heydər Əliyevin zəngin mənəvi, ideya-siyasi, ideoloji irsi mükəmməl öyrənilməli, milli ideologiyamızın özəyini təşkil etməlidir.

Əjdər Ağayev