Salyanda elektrik şəbəkəsinin əməkdaşını cərəyan vurdu

Salyanda elektrik şəbəkəsinin əməkdaşını cərəyan vurdu Salyan rayonunda elektrik şəbəkəsinin əməkdaşını cərəyan vurub.

Hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, rayonun Quyçu kənd sakini, 1999-cu il təvəllüdlü İbrahim Mübariz oğlu Abbasov sözügedən ünvanda mağazanın damında elektrik xəttində işləyərkən onu cərəyan vurub.

Nəticədə o, hər iki əlin üz səthində yanıq xəsarətləri alıb və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər