Küləyin fəsadını aradan qaldırmaq istədi, “tok” vurub öldürdü

Küləyin fəsadını aradan qaldırmaq istədi, “tok” vurub öldürdü Qusar rayonunda yerli sakin cərəyan vurması nəticəsində dünyasını dəyişib.

Tehsil-press.az xəbər verir ki, Yeni Həyat kənd sakini Qədir Ağayev güclü külək nəticəsində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatorda yaranan nasazlığı aradan qaldırmaq istəyib. Lakin onu cərəyan vurub. Hadisə yerinə Qusar Rayon Polis Şöbəsinin və prokurorluğunun əməkdaşları cəlb olunub. Mərhumun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar şöbəsində müayinə olunub. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər