FİZİKA İNSTİTUTUNDA SEMİNAR KEÇİRİLİB

FİZİKA İNSTİTUTUNDA SEMİNAR KEÇİRİLİB Fizika İnstitutunda “COP29 Platforması. Coğrafi məlumat sistemi mühiti iqlim dəyişikliklərində” mövzusunda seminar keçirilib. Məruzəçi İnstitutun Elmi innovasiyalar və xarici əlaqələr” şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov olub. R.Rüstəmov ilk olaraq mövzunun aktuallığından danışaraq bugünlərdə keçiriləcək COP29 tədbirindən söhbət açıb. Bildirib ki, COP29 Azərbaycanın indiyə qədər ev sahibliyi etdiyi vacib beynəlxalq tədbirlərdən biridir. O, burada toxunalacaq vacib məqamın bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı çağırışların olduğunu vurğulayıb.

R. Rüstəmov məruzəsində Yerin kosmosdan öyrənilməsi və onun tətbiq sahələri məsələlərinə toxunub. O, iqlim dəyişmələrində peyk məlumatlarından istifadə və onların emal prosesindən danışıb. Məsafədən duyma və coğrafi məlumat sistemlərinin təbiət proseslərin öyrənilməsində tutduğu əlamətdar yer təqdimatın əsas mövzusu olub.

Tehsil-press.az

Oxşar xəbərlər