Sentyabrın 30-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Bakıda təşkil edilən “İncəsənətdə və abstrakt sənətdə antibiznes” mövzusunda “Xəzər” Biennalesi (28 sentyabr – 1 oktyabr) çərçivəsində ölkəmizdə səfərdə olan bir sıra respublikaların rəssamlar ittifaqlarının təmsilçiləri ilə görüş keçirilib.
Nazirlikdən Doğru.az-a bildirilib ki, görüşdə İbrahim Vəlixocayev (Özbəkistan), Nərgiz Həmidova (Tacikistan), Umirbek Jubaniyazov (Qazaxıstan), Laslo Lelkes (Macarıstan), Quram Sertsvadze (Gürcüstan), Ankara Rəsm və Heykəl Muzeyinin direktoru Erdem Akkurt və Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov iştirak ediblər.
Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli “Xəzər” Biennalesi platformasının əhəmiyyətini qeyd edib. Bildirib ki, ənənəvi layihə çərçivəsində Xəzəryanı və digər ölkələrdən rəssamlar, kuratorlar və ekspertlərin bir araya gəlməsi diqqətəlayiq hadisədir. Biennale ölkələrimiz arasında təsviri sənət sahəsində əlaqələrin genişlənməsinə öz töhfəsini verir, təcrübə mübadiləsinə münbit şərait yaradır.
Çıxış edən qonaqlar da biennalenin mədəni mübadilənin dərinləşməsində rolunu vurğulayıb, ortaq sərgilərin keçirilməsinin faydalı olacağını bildiriblər.
Söhbət zamanı “Xəzər” Biennalesinin əhatə dairəsinin ildən-ilə genişlənməsindən məmnunluq ifadə olunub.
Tehsil-press.az