Xalq rəssamı Arif Əzizin təşəbbüsü, UNESKO yanında Dünya Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Abşeron. Bolqar rəssamlarının gözü ilə” interaktiv layihənin açılışı olub.
Tədbirdə çıxış edən prorektorlar Validə Məmmədova və Gülşən Əliyeva Azərbaycan-Bolqarıstan mədəni əlaqələrindən, layihənin əhəmiyyətindən danışıblar.
Layihənin rəhbəri, rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovadır. O bildirib ki, “Abşeron. Bolqar rəssamlarının gözü ilə” beynəlxalq layihəsi sentyabrın 29-dək davam edəcək. “Arif Aziz Art House” sənət evində reallaşan layihədə Bolqarıstanın məşhur rəssamlar nəsli Panevlər özünəməxsus bədii tərzdə Abşeron və Xəzər mənzərələrini yaradırlar. Layihə çərçivəsində ADMİU-nun Rəssamlıq fakültəsinin tələbələri üçün Xristo Panevin ustad dərsi keçiriləcək.
Layihənin nəticələri sentyabrın 29-da “Arif Aziz Art House” sənət evində yekun sərgidə nümayiş olunacaq. Panevlər nəslini təqdim edən dörd rəssam müasir Bolqarıstan təsviri incəsənətinin inkişafını və nailiyyətlərini təmsil edir.
Xristo Panev Beynəlxalq İnnovasiyalar Cəmiyyətinin fəxri üzvü, UNESKO yanında Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, çoxsaylı beynəlxalq sərgi və festivalların iştirakçısı və qalibidir. 1942-ci ildə Xaskovo bölgəsinin Krepost kəndində anadan olub, Veliko Tırnovo şəhərinin Kirill və Mefodiy Universitetinin Qrafika fakültəsini bitirib. Peşəkar fəaliyyətə 1970-ci illərdə başlayıb. Qrafika, kitab illüstrasiyası, rəngkarlıq, monumental sənət sahələrində fəaliyyət göstərir. Rəssamın yaradıcılıq tərzini ekspressiya, zəngin rəng qamması, qədim ikona və freska sənətinə müraciət səciyyələndirir.
İvaneçka Paneva romantik təsvir tərzi ilə fərqlənən rəssamdır. Onun sevimli mövzusu mənzərələr və xüsusilə doğma şəhəri, Bolqarıstanın qədim paytaxtı Veliko Tırnovanın tarixi abidələridir. Rəssam 1946-ci ildə həmin şəhərdə anadan olub, Kirill və Mefodiy Universitetinin məzunundur, beynəlxalq sərgi və festivalların iştirakçısıdır. 1998-ci ildə Şərqi Avropa İntellekti festivalının qalibi olub. 2019-cu ildə Dünya Rəssamlıq Akademiyası tərəfindən “İlin rəssamı” seçilib.
Qabriel Panev yaradıcılığında abstrakt həllərə üstünlük verir. Onun daha bir ilham mənbəyi xristian simvolikası və valideynlərinin bədii təcrübəsidir. Qabriel Panev 1970-ci ildə Veliko Tırnovada dünyaya göz açıb. Kirill və Mefodiy Universitetinin məzunudur. Uzun müddət Avropanın və ABŞ-ın fərqli bədii emalatxanalarında təcrübə alan rəssam bir sıra beynəlxalq sərgi və festivalların iştirakçısı və təşəbbüskarıdır.
Petya Paneva 1973-cü ildə Bolqarıstanın Sopot şəhərində anadan olub. Abstrakt sənət və kollajlara üstünlük verir. Son illər zərgərlik kolleksiyaları yaradır. Rəssamın daha bir fəaliyyət sahəsi kuratorluqdur. O, Rusalka (Su pərisi), Gesha View Art Festival, Veliko Tırnova, Dıryanovo sənət simpoziumlarının əlaqələndiricisidir. 2013-cü ildə İstanbul Qadın Sənət Festivalının qalibi olub.

ADMİU-nun Mətbuat Xidməti