Xəzər Universitetinin tərəfdaş olduğu “Erasmus+” PICASP layihəsi çərçivəsində tərəfdaş universitetlərin iştirakı ilə virtual görüş keçirilib. Görüş “Ali təhsil müəssisələrində təcrübə müəssisələri kurslarının təşkilində Avropa nümunələri” mövzusuna həsr olunub.
Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən təşkil olunmuş görüşdə PICASP layihəsinin koordinatoru Faina Qaçabəyova giriş sözü ilə çıxış edib.
Layihənin koordinatoru Massimo Biançi çıxışında belə görüşlərin keçirilməsinin tərəfdaş ölkələrdə yaradılacaq pilot kurslarında iştirak edəcək əməkdaşlar üçün çox faydalı olacağını bildirib.
Görüşdə, həmçinin Avstriyanın Qrats Universitetinin, Vilnüs Kolleci və “Stimulith” Mərkəzinin (Litva) əməkdaşları təqdimatlarla çıxış edərək, həyata keçirdikləri HEIPNET layihəsi haqqında məlumat veriblər və öz təcrübələrini bölüşüblər.
İştirakçılar təqdimatla çıxış edənlərə müxtəlif suallar ünvanlayıblar.
Sonda layihə çərçivəsində keçiriləcək növbəti tədbirlər və onların vaxtı haqqında məlumat verilib.
Görüşdə Xəzər Universitetini Ülkər Bayramova və Bahadır Baysal təmsil ediblər.
Tehsil-press.az