Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru və nümayəndə heyəti Özbəkistanda səfərdə olub.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor Gülşən Əliyeva-Kəngərli, Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müdiri Rəşad Cabarov, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri Aslan Xəlilov və dosenti Elfira Məlikova-Qurbanova Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunda “Dünya alimlərinin nəzərində Kəmaləddin Behzad yaradıcılığı” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.
Konfransda hər iki universitetin rektorları arasında qarşılıqlı münasibətlərə dair müqavilə imzalanıb. Tərəflər universitetlər arasında incəsənət təhsili sahəsindəki qarşılıqlı əlaqələrin hər iki ölkədə incəsənətin inkişafında önəmli rol oynayacağını qeyd ediblər.
Tədbirin ikinci hissəsində məruzələr dinlənilib. Professor Gülşən Əliyeva-Kəngərlinin həmsədrliyi ilə baş tutan iclasda Azərbaycandan ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, dosent Aslan Xəlilov çıxış edib.
Konfransın sonunda ADMİU-nun nümayəndə heyəti Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rəhbərliyi tərəfindən təşəkkürnamələrlə təltif ediliblər.
Sonra ADMİU-nun rektoru Ceyran Mahmudova institutun fəaliyyəti ilə tanış olub, fakültələrin iş prinsipi və keçirilən dərslərlə maraqlanıb. Müqaviləyə əsasən, yaxın gələcəkdə hər iki təhsil ocağının davamlı olaraq müəllim və tələbələrinin təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə edilib.
Konfransın ikinci günündə iştirakçılar Özbəkistanın Səmərqənd şəhərinə səfər ediblər. ADMİU-nun nümayəndə heyəti Özbəkistan Bədii Akademiyasının prezidenti, Xalq rəssamı Akmal Nuridinovla görüşüb. Universitetlər arasında imzalanmış müqavilənin hər iki tərəf üçün səmərəli olduğunu bildirən A.Nuridinov əməkdaşlığın təxmini yol xəritəsini müəyyənləşdirib. O, mümkün olan istiqamətlərdə təcrübə mübadiləsindən danışaraq, bu işdə hər iki tərəfə uğurlar arzu edib.
Görüşdə həyata keçiriləcək layihələr və yaradıcılıq planları müzakirə olunub. Faydalı və səmərəli söhbətdən sonra nümayəndə heyəti Özbəkistan Bədii Akademiyası ilə tanış olub, tələbələrin əl işlərinə baxıblar. Xalq rəssamı Akmal Nuridinov müəllifi olduğu kitabları Ceyran Mahmudovaya hədiyyə edib.
Səfər çərçivəsində ADMİU-nun nümayəndə heyəti Özbəkistanda yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində də olub. C.Mahmudova Mərkəzə ADMİU tələbələrinin əl işi olan “Xarıbülbül” rəsmini hədiyyə edib. Özbəkistan səfəri Tətbiqi Sənət Muzeyinin və tarixi-memarlıq abidələrinin ziyarəti ilə yekunlaşıb.
Tehsil-press.az