Təhsilli bir gələcək isə sağlam və güclü bir cəmiyyət deməkdir. Mən, Elçin İsgəndərov, bir müəllim olaraq, əldə etdiyim yüksək və uğurlu nəticələrə baxmayaraq, hər zaman ucqar kənd məktəblərində qalıb çalışmağı özümə borc bilmişəm.
Şəhər məktəblərində şagirdlərin nəticələri yüksək olur. Sinifdə bir neçə şagirdin uğuru rəqabət mühitini yaradır və bu da bütün sinfi oxumağa təşviq edir. Lakin kənd məktəblərimizdə vəziyyət həmişə ürəkaçan deyil. Düşünürəm ki, bir müəllimin borcu təkcə sinif otaqlarına girib dərs deyib çıxmaq deyil. Harada boşluq varsa, oranı pillə-pillə inşa etmək müəllimin vəzifəsidir.
Fərqli illərdə müxtəlif məktəblərdə çalışmaq mənə Azərbaycan təhsil sisteminin geniş spektrini görmək imkanı verdi. Həyatımın müəyyən dövrlərində Ağdamın köçkün məktəbində, Şamaxı kənd məktəblərində, Abşeron və Bakıda təhsil müəssisələrində işlədim. Şamaxı rayonunu Meysəri kənd tam orta məktəbi , Günəşli tam orta məktəbi və Şərədil kənd tam orta məktəbində tarix müəllimi fəaliyyətimin ən məhsuldar, həyatımın dönüm nöqtəsi oldu.
Özümü daim təkmilləşdirmək və şagirdlərimə daha keyfiyyətli təhsil vermək üçün çalışmışam. Müəllimlərin İşə Qəbulu (MİQ) və Diaqnostik qiymətləndirmə imtahanlarında topladığım nəticələr məni bir addım irəli apararaq müxtəlif məktəblərdə daha geniş imkanlarla çalışmağa şərait yaratdı. Mən həm də MİQ və sertifikasiya üzrə test bankları, summativ qiymətləndirmə və abituriyentlər üçün dərs vəsaitlərinin müəllifiyəm. Bu sahələrdə əldə etdiyim bilik və təcrübə ilə, gənc nəslə dəstək olmağa və onları gələcək hədəflərinə çatdırmağa çalışıram.
Müəllim şagirdləri ilə yaşadığı mühitdə xoşbəxt olmalıdır. Şagirdlərin fənni sevməsi üçün bünövrəni vaxtında qurmaq lazımdır. Mən olimpiadaya hazırlaşan şagirdlərimi öz metodikamla hazırlayıram. Dünya xalqlarının mədəniyyətini öyrənmək, tarixinə yiyələnmək deməkdir. Öyrətmə metodu olaraq, şagirdlərdə maraq oyatmaq vacibdir. Dərsin mənimsənilməsi metodlarını müəllim asan yollarla izah etməlidir. Ən əsası, dərs mövzularını konspektləşdirərək testlər işlənilməlidir. Fənni sevən istedadlı uşaqlarla yanaşı, digər şagirdlərin də fənni sevməsi üçün mütəmadi testlər çalışdırıram. Bu, bizim uğurumuzun sirridir.
Müəllimlər çox zaman şəhərdə fəaliyyət göstərməyə üstünlük verirlər. Mən isə ucqar kənddə yaşayıb, şagirdləri ucaltmağı hədəf qoydum. Şamaxının Meysəri kəndində fəaliyyətə başlayanda, üç il ərzində şagirdlərin ali məktəblərə qəbul nəticələrinin olmaması məni dərindən düşündürdü. Şagirdlərə fənni sevdirmək üçün maraqlı viktorinalar hazırladım, yarışlar keçirdim. Bu kənddə II və III qruplara maraq göstərən şagirdlər yox idi. Mən fənni onlara sevdirərək, onların ali təhsil və gələcək karyeralarına birbaşa təsir göstərdim. Bu problemlər Şamaxının digər kənd məktəblərində də vardı mən o məktəblərdə də çalışarkən eyni metodika ilə uğur əldə etməyi bacardım.
Tarix fənnini çətin qavrayan şagirdlər üçün fərqli metodlar tətbiq etməyə başladım. Bilirik ki, tarix dərslərinin mövzuları bəzən çox uzun və yorucu olur. Hər dərs şagirdlərə konspektlər hazırladım, dərsin əsas məzmununu ümumiləşdirərək yaddaşlarında hadisələrin ardıcıllığını sistemləşdirdim. Bu, şagirdlərimə fənni sevməyə və maraqlarını artırmağa kömək etdi. Fəaliyyətə başladığım ildən etibarən bu kənddə ali məktəbə qəbul olan şagirdlər ortaya çıxdı.
Bütün bunları yalnız dərs zamanı etmək mümkün deyildi. Dərsdən sonra günün çox hissəsini şagirdləri məktəbə təşviq edir, onları imtahanlara hazırlamaq üçün lazımi dəstək göstərirdim. Bir müddət sonra tarix fənni üzrə bütün sinifləri əhatə edən test bankı kitablarım işıq üzü gördü. Bu testlərlə şagirdlərim uğur qazandılar. Bu kitabları nəşr etdirməkdə məqsədim, fənnini sevən və ucqar kəndlərdə müəllimliyə başlayan gənc müəllimlərə dəstək olmaq idi.
Şagirdləri olimpiadalara hazırlamağa başladım və qalib olimpiada şagirdlərim də var. Mən olimpiadaya hazırlaşan şagirdlərimi öz metodikamla hazırlayıram. Dünya xalqlarının mədəniyyətini öyrənmək, tarixinə yiyələnmək deməkdir. Öyrətmə metodu olaraq, şagirdlərdə maraq olmalıdır. Dərsin mənimsənilməsi metodlarını müəllim asan yollarla izah etməlidir. Ən əsası, dərs mövzularını konspektləşdirərək testlər işlənilməlidir. Fənni sevən istedadlı uşaqlarla yanaşı, digər şagirdlərin də fənni sevməsi üçün mütəmadi testlər çalışdırıram. Bu, bizim uğurumuzun sirridir.
Bu gün geriyə baxanda, vicdanlı bir müəllim olduğumu düşünürəm. Gənc nəsil rahatlığa deyil, təhsilin tədrisinə meyillənsin. Daha çox faydalı olmaq üçün tədrisə ehtiyac duyulan yerlərdə yaşasınlar.
Mən Mingəçevir şəhərində doğulub böyümüşəm. A. Noel adına 13 nömrəli məktəbi yüksək nəticələrlə bitirmişəm və ADPU-nun tarix müəllimliyi ixtisasına yiyələnmişəm. Kənd mühiti görməsəm də, ucqar kənddə ehtiyac duyulan bir kadr olaraq daha çox faydalı olacağımı düşündüm. Müəllimlərə də bunu tövsiyə edirəm.
Müəllim olaraq, hər kəs öz fənnini sevməyi bacarmalıdır. Öz fənnini sevən müəllim mütləq uğur qazanır. Mən şagirdlərimə rus dilində də tarix dərsini tədris edirəm. MİQ və sertifikasiyadan tarix fənni üzrə test bankının da müəllifiyəm. Bu kitabı hazırlayarkən, gənc müəllimlərə də dəstək mexanizmi ilə faydalı olmaq istədim. Çünki düşünürəm ki, uğurlu müəllim uğurlu şagird yetişdirməyə qadirdir.
Bunun metodu isə müəllimin fənnini sevməsindən başlayır. Mütləq şagirdlərinizlə mütəmadi test topluları işləyin. Əsasən çətin mövzular keçdikdə, o mövzulara uyğun testlər işləyərək şagirdlərin dərsi qavramasına bilavasitə nail ola bilərsiniz.
Əziz həmkarlarım, gəlin birlikdə təhsilin inkişafı üçün çalışaq, şagirdlərimizi seçdiyimiz fənlərə həvəsləndirək və onların uğurlu gələcəkləri üçün əlimizdən gələni əsirgəməyək.
Tehsil-press.az