Təbiət fənni üzrə pilot məktəblərdə dərs deyəcək müəllimlər üçün təlimlər davam edir

Təbiət fənni üzrə pilot məktəblərdə dərs deyəcək müəllimlər üçün təlimlər davam edir Təhsil İnstitutu tərəfindən ölkə üzrə seçilmiş orta məktəblərin V siniflərində pilot olaraq tətbiq edilən təbiət fənnini tədris edəcək 132 müəllim üçün təlimlər keçirilir.
Təlimlərin məqsədi müəllimləri təbiət dərslik komplektinin (dərslik, iş dəftəri və metodik vəsait) inteqrativ məzmun və quruluşunun elmi əsasları ilə tanış etmək, tədqiqat əsaslı dərsin əsas komponentlərinə dair bilik və bacarıqlar haqqında məlumatlandırmaq, dərslikdəki fizika, biologiya, kimya və coğrafiyaya aid mövzulardan nümunə dərs hazırlamaqla onlara praktik məşğələlər keçməkdir.
Onlayn formatda keçirilən təlimlər oktyabrın 9-na qədər davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər