Sağlamlığa faydalı olduğu deyilən NARIN ZƏRƏRLƏRİ

Sağlamlığa faydalı olduğu deyilən NARIN ZƏRƏRLƏRİ Nar sağlamlığa bir çox faydası olan dadlı meyvə kimi tanınır. Ancaq son araşdırmalar narın bəzi zərərlərini ortaya çıxarıb.

“Haber Global” xəbər verir ki, buna görə də nar istehlak edərkən diqqətli olmaq lazımdır.

İlk növbədə narın tərkibində şəkərin yüksək olması səbəbindən şəkərli diabet xəstələri bunu nəzərə almalıdırlar.

Bundan əlavə, həddindən artıq yeyildikdə, həzm problemlərinə səbəb ola bilər və çəki artımına gətirib çıxara bilər. Həmçinin narın tərkibindəki bəzi komponentlər allergik reaksiyalar yarada bilər və astma xəstələri üçün risklidir.

Narın tərkibindəki turşular diş minasını zədələyə və dişlərin çürüməsinə səbəb ola bilər. Buna görə də nar istehlak edərkən diş sağlamlığına fikir vermək vacibdir.

Nar bəzi dərmanlarla qarşılıqlı təsir göstərə biləcəyi üçün həkim məsləhəti olmadan yeyilməsi tövsiyə edilmir.

Tehsil-press.az

Oxşar xəbərlər